usd-1.7000 eur-1.9729 rub-2.1656
Bakı 25°C 5.85 m/s
Son xəbərlər
24-06-2025
21-06-2025
19-06-2025
18-06-2025
13-06-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

“Göyçə "Ədəbi Mühitinin Şah beyti Dədə Ələsgər” kitabının təqdimatı olub

details

ƏDƏBİYYAT

24.06.2025, 16:20 Oxunub: 1236

“Göyçə "Ədəbi Mühitinin Şah beyti Dədə Ələsgər " kitabının təqdimatı olub

 

 

 

 

İyunun 19-da Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda yazıçı-tədqiqatçı, şair Məlahət İsmayılqızının müəllifi olduğu “Göyçə ədəbi mühitinin şah beyti – Dədə Ələsgər” kitabının təqdimatı olub.

1001info.az  xəbər verir ki, tədbir “Dədə Ələsgər Ocağı” İctimai Birliyi və Azərbaycan Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.

Təqdimatda tanınmış elm və mədəniyyət xadimləri, aşıq sənəti üzrə tədqiqatçılar, media nümayəndələri iştirak ediblər.

“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli çıxışında kitabın əhəmiyyətindən bəhs edib, Dədə Ələsgər irsinin qorunub təbliğ olunmasında bu nəşrin xüsusi rol oynayacağını qeyd edib.

Tibb elmləri doktoru, professor İbadulla Ağayev kitabın məzmunu, elmi əhəmiyyəti barədə fikirlərini bölüşüb. O, Dədə Ələsgər yaradıcılığının xalq poeziyasında tutduğu mövqeyə diqqət çəkərək, bu kitabın həm elmi ictimaiyyət, həm də oxucular üçün mühüm mənbə olduğunu bildirib.

Digər çıxışçılar kitabın elmi və bədii dəyəri, həmçinin Göyçə ədəbi mühitinin Azərbaycan ədəbiyyatındakı rolu barədə fikir və mülahizələrini bölüşüblər. Onlar Dədə Ələsgərin poeziyamızdakı müstəsna mövqeyini vurğulayaraq, bu nəşrin onun irsinə elmi yanaşmanı gücləndirdiyini və yeni tədqiqatlara stimul verəcəyini qeyd ediblər.

Müəllif Məlahət İsmayılqızı çıxışında əsərin ərsəyə gəlmə prosesi, tədqiqat istiqamətləri haqqında geniş məlumat verib. O, kitabın yazılmasında qarşıya qoyduğu məqsədləri, istifadə etdiyi mənbələri və araşdırma metodlarını diqqətə çatdırıb, Dədə Ələsgər irsinin tədqiqi və təbliği baxımından bu əsərin vacibliyini vurğulayıb.

Tədbir çərçivəsində Dədə Ələsgər irsinin təbliğində göstərdikləri xidmətlərinə görə bir sıra ziyalılara “Aşıq Ələsgər – 200” yubiley medalı təqdim olunub. Təltif olunanlar arasında yazıçı-publisist Məlahət İsmayılqızı, Dədə Ələsgərin nəticəsi, rəssam Nailə İslam qızı Ələsgərli, filologiya elmləri doktoru Almaz Binnətova, filologiya üzrə fəlsəfə doktoru Almara Nəbiyeva və tədqiqatçı Ələmdar Cəfərov yer alıblar.

 

 

 

Digər xəbərlər