ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
“Ömür kitabı” adlı əsər ingilis dilində oxuculara təqdim edilib

ƏDƏBİYYAT
17.07.2025, 15:49 Oxunub: 945Sabir Rüstəmxanlının “Ömür kitabı” adlı əsəri ingilis dilində oxuculara təqdim edilib
Azərbaycan Respublikasının Bosniya və Herseqovinadakı Səfirliyinin təşəbbüsü ilə Azərbaycan xalq şairi Sabir Rüstəmxanlının ölkəmizdə və onun hüdudlarından kənarda böyük populyarlıq qazanmış “Ömür kitabı” adlı əsəri ingilis dilində Qərbi Balkan və Avropa oxucularına təqdim edilib.
1001info.az xəbər verir ki, əsər paytaxt Sarayevonun çoxprofilli şirkətlərindən birinin - “Yavori Group”un tərkibinə daxıl olan “Bookline” nəşriyyatında çapdan çıxıb.
Ölkəmizin Bosniya və Herseqovinadakı səfiri, tanınmış ədəbiyyatşünas-alim Vilayət Quliyev kitaba yazdığı kiçik müqəddimədə şair, nasir, publisit, tənqidçi və görkəmli ictimai xadim kimi şöhrət qazanmış Sabir Rüstəmxanlının zəngin ədəbi irsindən məhz bu əsərə müraciət olunmasını onun xalqımızın qədim tarixini, özünəməxsus mədəniyyətini, humanist mənəvi dəyərlərini, keçdiyi mübarizə və qəhrəmanlıq yolunu bədii-publisist dillə, atəşin qələmlə, tarixi qaynaqlar və şəxsi müşahidələr əsasında parlaq şəkildə əks etdirməsi ilə əlaqələndirib.
Səfirliyin indiyə qədər işıq üzü görən digər nəşrləri kimi xalq şairi Sabir Rüstəmxanlının kitabı da kitabxanalara, ali məktəblərə, elm mərkəzlərinə, Sarayevoda akkreditə olunan diplomatik korpus nümayəndələrinə hədiyyə ediləcək, habelə Avropa ölkələrinin mühüm kitabxanalarına göndəriləcəkdi
