ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Yazıçı, veteran Hacı Qəni Camalzadə ilə Qusar şəhərində unudulmaz görüş

GÜNDƏM
09.07.2025, 21:22 Oxunub: 4768 İyul 2025-ci il tarixində Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayon Mərkəzi Kitabxanasında yazıçı, publisist, ədəbiyyat həvəskarlarının sevimlisi Hacı Qəni Camalzadə ilə mənalı bir görüş keçirilib.
Tədbirdə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin Qusar rayonu üzrə nümayəndəsi, Mədəniyyət müəssisələrinin rəhbərləri, Gigiyena və Epidemologiya Mərkəzinin direktor və kollektivi, yerli yazarlar, Uşaq və Gənclər Birliyinin müəllim və şagirdləri, fəal oxucular və kitabxanamızın əməkdaşları iştirak etmişlər.
Görüş zamanı müəllifin yaradıcılığı, publisistik fəaliyyəti və ədəbi baxışlar barədə geniş söhbət aparıldı. Oxucularla səmimi müzakirələr sual-cavab formatında fikir mübadilələri tədbirə xüsusi rəng qatdı.
Görüşdə Qəni müəllimin müxtəlif illərdə qələmə aldığı əsərləri, xüsusilə Vətənə, xalqımıza, tariximizə və mənəvi dəyərlərimizə həsr olunmuş yazıları haqqında geniş məlumat verildi.
Kitabxana oxucuları və tədbir iştirakçıları yazıcıya dərin təşəkkürlərini bildirdilər.
Əməkdaşımız tərəfindən əlnənəsmlə çəkilmiş Qəni Camalzadqnin portreti hədiyyə olaraq təqdim olundu, xatirə şəkilləri çəkildi. Belə görüşlərin davamlı olmasını arzulandı.
Ədəbiyyat ruhumuzu yaşadır – belə görüşlər isə bu ruhun qidalandığı mənbədir!

Digər xəbərlər


