usd-1.7000 eur-1.9592 rub-2.1249
Bakı 23°C 5.27 m/s
Son xəbərlər
12-06-2025
11-06-2025
10-06-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Artıq uzun illərdir ki, Azərbaycan Cənubi Qafqaz regionunun tək lider dövlətidirNovruzəli Aslanov

details

GÜNDƏM

12.06.2025, 14:12 Oxunub: 91

Novruzəli Aslanov: “Ümummilli Lider Heydər Əliyev müasir müstəqil Azərbaycanın möhkəm təməlini hələ sovetlər dönəmində qurmağa başlamışdı”

 

“Artıq 32 ildir ki, ölkəmizdə hər il 15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günü böyük ruh yüksəkliyi ilə qeyd olunur. Bu faktın özü Ulu Öndər Heydər Əliyevin müstəqilliyimizin ilk illərində üzərinə götürdüyü və şərəflə yerinə yetirdiyi xalqın və dövlətin xilaskarı missiyasının tarixiliyini isbatlayan ən tutarlı dəlildir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyi ikinci dəfə öz üzərinə götürməsi xalqın və dövlətin müqəddəratını həll edəcək tarixi zərurət idi. Bununla belə nəzərə almaq lazımdır ki, Ümummilli Lider ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanın üz-üzə gəldiyi bütün çətinliklərə rəğmən ayaqda qala bilməsi üçün hələ sovetlər dönəmində möhkəm təməl qurmağa başlamışdı. Görkəmli dövlət xadimi 1969-cu ilin iyulunda Azərbaycan KP MK-nın I katibi seçildikdən sonra ilk növbədə respublikanın iqtisadiyyatında nəzərəçarpacaq irəliləyiş yarandı. Qısa müddətdə Azərbaycan aqrar respublikadan sənaye respublikasına çevrildi. Ölkəmizdə müasir, yüksək texnoloji istehsal proseslərinin tətbiq olunduğu müəssisələrin sayı artmağa başladı. Sənayenin inkişafı ilə həm də respublikanın İttifaq miqyasında tanınmasına, milli mədəniyyətin daha şəbəkəli səviyyədə təbliğinə şərait yarandı. Ulu Öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasına əsaslanan siyasi kursu Azərbaycanın müttəfiq respublika kimi inkişafında önəmli rol oynadı. Azərbaycana rəhbərlik etdiyi illərdə Ulu Öndər Heydər Əliyev gələcək müstəqil dövlətimizin sağlam əsasının yaradılması istiqamətində vacib addımlar atdı.”

1001info.az xəbər verir ki, bu sözləri Miili Qurtuluş Günü ilə əlaqədar aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Öz fikirlərini davam etdirən millət vəkili daha sonra qeyd edib ki, Ulu Öndərin milli maraqlara əsaslanan çoxşaxəli inkişaf strategiyasının və siyasi kursunun bu gün Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi möhtəşəm tarixi nailiyyətlərin əldə olunmasını şərtləndirən əsas amillərdən biridir: “1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edildi və bununla da ölkəmizin müstəqilliyi bərpa olundu. Lakin bir tərəfdən respublikada formalaşmış separatçılıq meyilləri və bu zəmində yetişməkdə olan vətəndaş qarşıdurması, digər tərəfdən də erməni işğalı Azərbaycanda dövlətçiliyin itirilməsi təhlükəsini bir reallıq olaraq ortaya çıxarmışdı. Belə bir təhlükəli və mürəkkəb məqamda Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevi təkidlə hakimiyyətə çağırdı. Heydər Əliyev xalqın israrlı dəvətini qəbul etdi, bununla da Azərbaycanın dövlət müstəqilliyinin itirilməsi təhlükəsi aradan qalxdı. 1993-cü il iyunun 15-də isə Ümummilli Lider Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Həmin gün ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Bu gün artıq uzun illərdir ki, Azərbaycan Cənubi Qafqaz regionunun tək lider dövlətidir. Cənab Prezident İlham Əliyevin son dərəcə uğurlu xarici siyasəti sayəsində ölkəmiz hazırda Avrasiya məkanında həyata keçirilən irimiqyaslı beynəlxalq enerji və logistik layihələrin vacib və zəruri iştirakçısı olmaqla Avropanın enerji təhlükəsizliyinin təminatında önəmli rol oynayır. Ölkəmiz Şimal-Cənub, Şərq-Qərb transmilli nəqliyyat dəhlizlərinin mühüm tranzit məntəqəsidir. Ən əsası da bu gün Azərbaycan artıq dünyada öz torpaqlarını işğaldan azad etmiş, ərazi bütövlüyün və tam suverenliyini bərpa etmiş qalib ölkə olaraq tanınır” – deyə, Novruzəli Aslanov fikirlərini başa çatdırıb.

Digər xəbərlər