ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Ordumuzun adı - Zəfər!

GÜNDƏM
21.06.2025, 13:42 Oxunub: 166926 iyun Azərbaycan Silahlı Qüvvələri Günüdür
Azərbaycan Ordusu zaman - zaman formalaşa da,(1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə – əlahiddə Azərbaycan korpusu yaradılıb. 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra Azərbaycan Ordusunun yaradılması haqqında qərar qəbul edilib, 1998-ci il 22 may tarixdə Umummilli Lider Heydər Əliyevin qərarına əsasən 26 iyun Silahlı Qüvvələr Günü elan olunub ), amma mən qürur saçan bu günümzdən söz açmaq istəyirəm. Çünki ölkəmiz heç vaxt indiki kimi hərbi potensiala malik olmayıb. Hazırda maddi-texniki təchizat və döyüş qabiliyyəti baxımından Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur.Bunu müxtəlif reytinq hesabatları da təsdiqləyir.Azərbaycan Silahlı Qüvvələri Respublikamızın müstəqilliyinin, suverenliyinin, ərazi bütövlüyünün qorunması, habelə təhlükəsizliyinin və müdafiəsinin təmin edilməsi məqsədilə yaradılıb.
Azərbaycan Ordusu Azərbaycan Quru Qoşunları,Azərbaycan Hərbi Hava Qüvvələri və Azərbaycan Hərbi Dəniz Qüvvələrindən ibarətdir. Başqa silahlı birləşmələrə Azərbaycan Respublikası Daxili Qoşunları,Azərbaycan Milli Qvardiyası,Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti,Prezidentin Təhlükəsizlik Xidməti,Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti,Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi daxildir.
2020-ci ildəki 44 günlük müharibədə Azərbaycan Ordusunun nümayiş etdirdiyi döyüş qabiliyyəti ordumuzu XXl əsrin müasir orduları sırasına yüksəltdi. Artıq dünyanın bir sıra hərbi məktəblərində Azərbaycan Ordusunun 44 günlük müharibədəki taktikası, əməliyyatları öyrədilir, nümunə kimi göstərilir. Azərbaycan Ordusunun Türkiyə ordusu modelinə keçidi müharibədən sonra daha da sürətləndirildi. Diqqət etsək görərik ki , reytinq siyahısında Türkiyə ordusu dünya üzrə 9-cu yerdədir. Deməli, Azərbaycan Ordusu dünyanın ən güclü 9-cu ordusu modelinə keçir. Ordumuzda komando briqadaları yaradılıb. İşğaldan azad edilmiş ərazilərimizdə yeni hərbi hissələr qurulub. Bütün bu və digər addımlar nəticəsində hərbi hissələrimizin sayında və keyfiyyətində yüksəliş olub. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin söylədiyi kimi : " biz öz hərbi qüdrətimizi artırırıq və artıracağıq, müdafiə büdcəsi bu il daha da artırılıb. Bu amil də reytinq siyahısında yerimizə müsbət təsirini göstərir. Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və beynəlxalq reytinqlər də, həyat da bunu göstərir, bizim hərbi uğurlarımız da buna dəlalət edir”.
Hərbi mütəxəsislər də bildirirlər ki, müasir silahlara malik olmağımız və müdafiə sənayemizin inkişafı da reytinq siyahısında Azərbaycan Ordusunun yerinə öz təsirini göstərən meyarlardandır. Bu gün Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib, bu proses davam etdirilir, ən müasir hərbi texnikalar alınır, yeni kontraktlar bağlanılır. Onların bir hissəsi hərbi paradlarda göstərilib, bir hissəsi göstərilməyib. Ali Baş Komandan İlham Əliyev dəfələrlə vurğulayıb ki, düşmənin elə bir hərbi və ya strateji obyekti yoxdur ki, Azərbaycan Ordusu onu məhv edə bilməsin.
Azərbaycanın müdafiə sənayesi inkişaf edir, bir çox silahları, mərmiləri özümüz istehsal edirik. PUA-lar istehsal edirik. Biz başqa ölkələrin ordularına da silah-sursat satırıq. Məhz bu amili vaxtında dəyərləndirən Prezident İlham Əliyev müharibə vəziyyətində yaşayan respublikamızın Silahlı Qüvvələrinin maddi-texniki bazasını milli məhsullar hesabına daha da gücləndirmək məqsədilə 2005-ci ildə Müdafiə Sənayesi Nazirliyini yaratdı . Həmin dövrdən başlayaraq nazirliyin müəssisələrində silah, sursat və hərbi vasitələrin istehsalının genişləndirilməsi və keyfiyyətinin daha da yaxşılaşdırılması istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir. Ən mühüm amil odur ki, Azərbaycan dövləti artıq istehsal etdiyi silahları xaricə ixrac edir. Artıq 10-dan çox ölkə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin istehsal etdiyi məhsulları öz silahlı qüvvələrində istifadə etmək, hərbi güclərini artırmaq üçün alır. Ölkəmizin xaricdən silah-sursat asılılığından azad olması çox önəmli məsələdir. Qürurla deyə bilərik ki, Azərbaycan MDB məkanında dörd ölkədən biridir. Prezident İlham Əliyev iclasların birində bu barədə deyib :" bu gün biz hərbi texnikanın istehsalı işində uğurla inkişaf edirik. Azərbaycanda mindən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Hərbi texnikanın, sursatların istehsalı ilə bağlı bizim yeni planlarımız var və biz onları da həyata keçirəcəyik. Bir sözlə, bu gün ölkəmizin hərbi potensialı ən yüksək səviyyədədir. Ordumuzun döyüş qabiliyyəti də yüksək səviyyədədir. Bizim ordumuz bunu döyüş meydanında da göstərib və nümayiş etdirib”.
Heç şübhəmiz yoxdur ki , yaxın gələcəkdə Ordumuz reytinq siyahısında daha da irəliləyəcək.
Bu gün Azərbaycan-Türkiyə-Pakistan əməkdaşlıq modeli də gücümüzə daha böyük güc qatır. Bu birlik təkcə regionda sabitliyə deyil, həm də beynəlxalq səviyyədə qarşılıqlı faydalı və tarazlı münasibətlərin formalaşmasına töhfə verir.Azərbaycan Pakistandan 16 ədəd JF-17 “Thunder” döyüş təyyarəsi alınması ilə bağlı sifarişini 40 ədədə qədər artırıb.
Xatırladaq ki, 2024-cü il sentyabrın 25-də Heydər Əliyev Beynəlxalq Aeroportunda Pakistanın “Pakistan Aeronautical Complex” və Çinin “Chengdu Aircraft Industry Corporation” (CAIC) şirkətlərinin birgə layihəsi olaraq hazırlanmış çoxməqsədli JF-17C Block-III təyyarələri Azərbaycan Prezidenti İlham Əliyevə təqdim olundu.
Bu ilin fevral ayında Pakistanın informasiya naziri Atta Tarar yerli TV-lərdən birinə müsahibəsində Azərbaycanın tezliklə Pakistandan JF-17 “Thunder” qırıcılarının ilk partiyasını təhvil alacağını bildirdi.
Son olaraq 2025-ci il 29 may tarixində Azərbaycan Müdafiə Nazirliyi Pakistanda Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup ixtisaslı mütəxəssisinin iştirakı ilə keçirilən kursun başa çatdığını və onların bu kursu uğurla tamamlayaraq Vətənə qayıtdıqlarını açıqladı.
Bir sözlə, bu gün bizim qürur duyacaq Ordumuz, Ali Baş Komandanımız və bir qarış torpağını düşmənə verməyəcək döyüş ruhlu xalqımız var.
Zəkurə Quliyeva,
" Qarabağ "

Digər xəbərlər


