usd-1.7000 eur-1.8453 rub-1.9383
Bakı 11°C 5.12 m/s
Son xəbərlər
11-03-2025
08-03-2025
01-03-2025
25-02-2025
24-02-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

AYB-də “Moldova poeziyası saatı” keçirilib

details

ƏDƏBİYYAT

17.02.2025, 17:29 Oxunub: 379

Bu gün AYB-nin Natəvan klubunda Moldova və Rumıniya səfirlərinin iştirakı ilə “Moldova poeziyası saatı” keçirilib.

APA xəbər verir ki, tədbirdə həmçinin görkəmli Moldova şairi Qriqore Vyerunun 90 illik yubileyi qeyd olunub, onun “İynənin nəğməsi”, İon Hadırkanın “Mavi şəhər” şeir kitablarının təqdimatı baş tutub.

Tədbirdə çıxış edən Yazıçılar Birliyinin katibi Səlim Babullaoğlu bildirib ki, 2017-ci ildən bu yana rumın       ədəbiyyatından 12 kitab Azərbaycan dilinə tərcümə edilib.

“Hazırda daha 3 kitab tərcümə üçün hazırlanır”, - o qeyd edib.

Tədbirdə Moldova və Rumıniya səfirləri hər iki şeir kitabı ilə bağlı fikirlərini bölüşüblər. Rumıniya səfiri, rumın şeirinin və ədəbiyyatının zənginliyini və dərinliyini vurğulayıb.

Moldova səfiri Moldova poeziyasının xüsusiyyətlərini, xalqın ruhunu və tarixini əks etdirən əsərlərin önəmini qeyd edib.

Hər iki səfir, bu kitabların tərcüməsi və Azərbaycan oxucusuna təqdim olunmasının ədəbi əlaqələrin inkişafına mühüm töhfə verəcəyini ifadə ediblər.

Tədbirdə sonunda şeirlər səsləndirilib.

Digər xəbərlər