usd-1.7000 eur-1.8114 rub-0.0183
Bakı 17°C 9.86 m/s
Son xəbərlər
01-05-2024
30-04-2024
29-04-2024
28-04-2024
26-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

“Azərbaycan Teatrı” adlı elektron məlumat bazası onlayn rejimdə

details

GÜNDƏM

30.03.2024, 14:38 Oxunub: 479


Azərbaycan peşəkar teatrı öz fəaliyyətinə M.F.Axundovun beş ölməz komediyası ilə başlayıb. 1873-cü il mart ayının 10-da (köhnə stillə 22-də) Həsən bəy Zərdabinin və Nəcəf bəy Vəzirovun təşəbbüsü və iştirakı ilə Bakıda ilk tamaşa-Mirzə Fətəli Axundovun «Lənkəran xanının vəziri» komediyası realnı məktəbin tələbələri tərəfindən göstərilib. Yarandığı ilk gündən realist zəmində inkişaf etməyə başlayan, yüksək ideyalılıq mövqeyində duran, bəşəri fikirlər mənbəyinə çevrilən Azərbaycan teatrı bu əsas üzərində də üslub, forma və metod mükəmməlliyi qazanıb.

1001info.az xəbər verir ki, Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Azərbaycan Teatrı” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub. Elektron məlumat bazasında Azərbaycan Teatrının tarixi, Milli Dram Teatrının banisi, Teatr sənəti haqqında fikirlər, Azərbaycan Teatrları, Teatr nəşrlərdə və s. özündə əks etdirən materiallar nümayiş olunur.Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/TEATR/index.html linkindən istifadə edə bilərlər

Digər xəbərlər