ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Beynəlxalq arenaya salınan körpü - COP29
CƏMİYYƏT
30.04.2024, 14:58 Oxunub: 1239Beynəlxalq arenaya salınan körpü - COP29
Ekoloji siyasət Azərbaycan Respublikasının prioritet məsələlərindəndir. Azərbaycanda ətraf mühit problemlərinin həlli istiqamətində genişmiqyaslı işlərin görülməsi, ekoloji vəziyyətin yaxşılaşdırılmasına yönəlmiş dövlət siyasəti ölkənin uzunmüddətli inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Dövlət bununla bağlı xüsusi layihələr həyata keçirir.
Ulu öndər Heydər Əliyevin sosiali qtisadi siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev ölkəmizin ekoloji durumunun yaxşılaşdırılmasına ciddi önəm verir. Son illər dövlət başçısının bilavastə sədrliyi ilə ekoloji problemlərin müzakirəsinə həsr olunmuş müşavirələrin keçirilməsi, 2010-cu ilin "Ekologiya İli" elan olunması, ətraf mühitlə bağlı qəbul olunmuş dövlət proqramlarının icrasına diqqətin artırılması, mövcud ekoloji problemlərin daha səmərəli həll edilməsi məqsədilə müvafiq sərəncamların imzalanması, 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi, bu il COP29-a Azərbaycanin ev sahibliyi etməsi bu sahənin ölkəmizdə öncülməsələlər sırasında olduğunu bir daha təsdiqləyir.
Qlobal xarakterli konfransın məhz Bakıda keçirilməsinə dair qərarı bütün dünya ölkələri qəbul edib və beləliklə, Ali baş Komandan İlham Əliyevində dediyi kimi “ Biz bunu beynəlxalq ictimaiyyətin Azərbaycana və gördüyümüz işlərə, o cümlədən yaşıl enerji sahəsindəki fəaliyyətimizə hörmətin əlaməti hesab edirik.”
COP29 ölkəmizin yaşıl enerji strategiyasının dünya ictimaiyyətinə təqdimatı baxımından aparıcı rol oynayacaq. Belə ki, Azərbaycan 2030-cu ilə qədər öz daxilində yaşıl enerjidən istifadəni 30 faizdən çox artıracaq. Yaşıl” iqtisadiyyata keçid və “yaşıl” enerji təchizatçısına çevrilmək Azərbaycanın iqtisadi siyasətinin prioritetlərindəndir və Prezidentin bu sərəncamı bu istiqamətdə təşəbbüsləri stimullaşdıracaq. Ali Baş Komandan işğaldan azad edilmiş torpaqları “Yaşıl enerji” zonası elan edib və 2022-2026-cı illər üzrə tədbirlər planı təsdiqlənib, bu ərazilərin 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsi nəzərdə tutulur.
Digər mühüm məsələ isə təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısıda olacaqdır. Dövlətimizin müxtəlif beynəlxalq təşkilatarla beynəlxalq əlaqələri və onlarda fəal iştrakı bizə müxtəlif qitələrin ölkələri arasında körpülər salmaq və ya onları gücləndirmək, eləcə də onların həmrəyliyini möhkəmləndirmək imkanı yaradacaq. Bir sözlə, COP 29-un Azərbaycanda keçirilməsi böyük etimaddır.
Aysel Ələkbərzadə
UNEC Dizayn məktəbi təhsilin III ili, 732 saylı qrup
tələbəsi