usd-1.7000 eur-1.8459 rub-0.0200
Bakı 25°C 13.25 m/s
Son xəbərlər
14-07-2024
10-07-2024
09-07-2024
08-07-2024
05-07-2024
04-07-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

İstehsal və istehlakın iqlim dəyişikliyində rolu

details

CƏMİYYƏT

17.05.2024, 16:14 Oxunub: 1525

    İstehsal və istehlakın iqlim dəyişikliyində rolu

            İstehsal və istehlak, məhsulların və xidmətlərin yaradılması və istifadəsini təmsil edən iqtisadiyyatın iki əsas komponentidir. Ehtiyac və istəkləri təmin etməklə yanaşı, istehsal və istehlakda olan bəzi addımlar iqlim dəyişikliyində böyük rol oynayır. İqlim dəyişikliyi fəsadları ciddi şəkildə görünən, təcili diqqət və tədbirlər tələb edən qlobal problemdir. Bu addımları tamamilə aradan qaldırmaq alınmasa da, zərəri minimallaşdırmaq olar. Bu yazıda iqtisadiyyatdakı qlobal və ekoloji problemlərə yol açan proseslərdən bəhs edəcəyik.
İstehsalatdakı yaranan çirklənmə hansı istehsalat sahələrində baş verir? Əvvəla çirklənmələr hansı növlərə bölünür ona nəzər yetirək: Havanın çirklənməsi, işıq çirklənməsi, torpaq çirklənməsi, ozon qatının tükənməsi və sair kimi nümunələr hazırda aktiv problemdir. Hava çirkliliyi ciddi xəstəliklərə yol açmaqla yanaşı, miqren kimi xroniki və nevroloji xəstəlikləri olan şəxslərə də təsir edir. Hava çirkliyinin əsas mənbələrindən biri də sənaye sahələrindən çıxan istixana qazlarıdır.
İstixana qazları nədir? İstehsal zamanı havaya buraxılan qazlar istixana qazlarıdır. Karbon dioksid (CO2) yanacaqların (neft, kömür və təbii qaz) yandırılması nəticəsində yayılır. Atmosferə daha çox karbon qazı əlavə etməklə insanlar təbii istixana effektini gücləndirir və qlobal temperaturun artmasına səbəb olur. Qlobal temperatur yüksəlməyə davam edərsə, təbii fəlakətlərin tezliyi və intensivliyi artar. Qasırğalar, tufanlar, istilik dalğaları, quraqlıqlar kimi təbii fəlakətlər daha sıx tezlikdə baş verər. Metan (CH4) düyü becərilməsində və heyvandarlıqda geniş istifadə olunur. Təbii qazın əsas tərkib hissəsi olan metan yemək bişirmək və qızdırmaq üçün istifadə olunur.  Sənayedə metan həmçinin neft-kimya məhsullarını saflaşdırmaq və plastik, gübrə, antifriz və parça istehsalında istifadə olunur. Lakin metan qazının çoxluğu havanın keyfiyyətini aşağı salır və heyvanlarda müxtəlif sağlamlıq problemlərinə, insanların vaxtından əvvəl ölümünə və məhsuldarlığın azalmasına səbəb olur. Atmosferdəki metan miqdarının azaldılması bu təsirləri əlbət azaldacaq. BMT-in hesabatına görə, böyük şəhərlər bu istixana qazlarının 60%-indən çoxunu istehsal edir. 
İstehlakda hansı tullantılar geniş yayılıb? Bunlara nümunə olaraq tikinti, məişət, plastik, kanalizasiya və elektronik tullantıları misal göstərmək olar. Həm görünüş cəhətdən, həm də ekoloji cəhətdən tullantıların çoxluğunun davam etməsi heç də yaxşı əlamət deyil. İnsan və digər canlılara zərərli olan tullantılar torpağa qarışaraq qidalarımıza sızdırıla bilər. Hər il okeanlara 13 milyon ton plastik axır. Bu hal davam etsə, 2050-ci ildə dənizlərdə balıqdan çox plastik olacaq. Bu çox qayğılı haldır. 
Geyim də bu mövzuda geniş rol oynayır. Quantis International 2018 hesabatı göstərib ki, sənayenin qlobal çirklənmə təsirlərinin üç əsas hərəkətverici qüvvəsi boyama (36%), iplik hazırlanması (28%) və lif istehsalıdır (15%). Türkiyənin Ticaret Bakanlığının 2018 İsraf hesabatına görə, hal hazırda bütün dünya ilə bərabər hər bir nəfərə görə 60% daha çox geyim istifadə edilir. Bu rəqəm, insanların ehtiyacı olduğundan deyil, sadəcə garderoblarındakı geyimlərin modası keçmiş olduğuna görə artmaqdadır. Aldığımız geyimləri ehtiyacımıza görə almalıyıq və yüksək keyfiyyətli olmasına diqqət yetirməliyik. Çünki polyester parçalardan olan geyimlərin yuyulması zamanı suya mikrofiberlər qarışır. Hətta son araşdırmalar göstərir ki, yediyimiz bəzi balıqların orqanizmində mikrofiberlər var. 
Nəticə olaraq, qlobal proyektlərlə barəbər insanların da rolu bu işdə böyükdür. “Bir şey olmaz” deyib keçməyək, dünyamızı öz əllərimizlə çirklənməyə sürükləməyək.

Fidan Quluzadə 
UNEC Dizayn Məktəbi təhsilin I ili, 720 qrup tələbəsi

Digər xəbərlər