usd-1.7000 eur-1.9673 rub-2.3573
Bakı 22°C 7.16 m/s
Son xəbərlər
14-06-2026
09-06-2026
06-06-2026
03-06-2026
02-06-2026
29-05-2026
27-05-2026
24-05-2026
23-05-2026
21-05-2026

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Qarşıda ömrün qışı var,

qorxutmaz məni qar-boran

details

ƏDƏBİYYAT

30.09.2025, 16:16 Oxunub: 1876

1001info.az "Günün şeiri" rubrikasında Sona Vəliyevanın "PAYIZ RÜZGARI" şeirini təqdim edir. 

 

PAYIZ RÜZGARI

 

Payızın üzü soyuq,

havada ayrılıq var.

Yarpaq budağa sığınıb,

aparmasın rüzgarlar.

 

Bu yağış da, dolu da

içimdən, çölümdən keçir.

Bir nöqtədə donan gözüm,

ayrılığa yollar çəkir.

 

Solan sarı yarpaqlara

yağışlar nə yazır, görən?

Ayrılıq soyuq fəslidir,

mən də yarpaqtək üşüyən.

 

İçimdə başlayan payız

küləyə, yağışa liman.

Qarşıda ömrün qışı var,

qorxutmaz məni qar-boran.

 

Köçən quşların yuvası

boşalan yurd yeri imiş.

Xatirələr sarı xəzəl –

həzin yağmura bənd imiş.

Digər xəbərlər