usd-1.7000 eur-1.8227 rub-0.0185
Bakı 18°C 3.11 m/s
Son xəbərlər
26-04-2024
25-04-2024
24-04-2024
23-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

“Məqsədimiz daha təmiz, yaşıl dəhliz yaratmaqdır” - Tahir Gözəl

details

GÜNDƏM

13.03.2024, 16:15 Oxunub: 1062

“Azərbaycan bu il dünya üçün çox əhəmiyyətli tədbir olan COP29-a ev sahibliyi edir. Bu, Azərbaycanın dünyada liderlik rolu üçün təşəbbüs etdiyi bir ildir”. 
1001info.az “Qafqazinfo”ya istinadən  xəbər verir ki, bunu Azərbaycanda Orta Dəhlizin Yaşıllaşdırılması mövzusunda keçirilən beynəlxalq tədbirin təşkilatçısı, iş adamı Tahir Gözəl bildirib.
O qeyd edib ki, Azərbaycanın dünya iqtisadiyyatı üçün ən böyük töhfəsi də Orta Dəhliz qlobal nəqliyyat layihəsi ilə bağlıdır: “Çünki Çindən Avropaya olan sanksiyaya uğramayan tək yol Orta Dəhlizdir. Dünən və bu gün - iki gün ərzində Özbəkistandan, Azərbaycandan olan nümayəndə heyəti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, ADA Universiteti əməkdaşları ilə birgə ikigünlük böyük bir tədbir keçirdik. Məqsədimiz bu dəhlizdəki problemləri görmək, onları rəqəmsallaşdırmaqdır. Əsas məqsədimiz ekologiyaya zərərli olmayan, minimum karbon-dioksid olan daha təmiz, yaşıl dəhliz yaratmaqdır”.
T.Gözəl əlavə edib ki, Avropada hər gün qanunlar yenilənir, dəyişir. Gürcüstan Avropa Birliyinə üzv olmaq üzrədir. Bu amil bizə də yaxından təsir edəcək: “İstəyirəm ki, Azərbaycanın sərhədlərarası saziş, hökumətlərarası anlaşma memorondumları Xəzər dənizinin bu günü və sabahı barədə görüşlərdə də ideal və lider rol oynasın. Biz bütün qonşu ölkələrin nünayəndələrini toplayıb konfrasda müzakirə etdik. Uğurlu görüşlər oldu. Bunun davamını Daşkənddə və  Şanxayda etməyi düşünürük”.

 

Digər xəbərlər