ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Uşaq Kitabxanasında aksiya: “Bir kitab, bir sevgi”
MƏDƏNİYYƏT
28.01.2026, 16:38 Oxunub: 70F. Köçərli adına Respublika Uşaq Kitabxanası 14 Fevral – Kitab Bağışlama Günü münasibətilə “Bir kitab, bir sevgi” adlı kitab bağışlama aksiyasına start verir.
Aksiyanın əsas məqsədi Uşaq Reabilitasiya Mərkəzlərində müalicə alan uşaqlara kitab hədiyyə etməklə onların mənəvi və psixoloji inkişafına dəstək olmaq, eyni zamanda oxu mədəniyyətini təşviq etməkdir.
Tədbir çərçivəsində toplanacaq kitablar reabilitasiya mərkəzlərində müalicə alan uşaqlara təqdim olunacaq.
“Bir kitab, bir sevgi” təşəbbüsü uşaqların dünyasına sevinc qatmaqla yanaşı, onlarda ümid və müsbət emosiyalar formalaşdırmağı hədəfləyir. Kitabxana ictimaiyyəti bu xeyirxah aksiyada fəal iştiraka dəvət edir.
Hər kəsi bu nəcib təşəbbüsə qoşulmağa, bir kitabla bir qəlbə toxunmağa çağırırıq. Çünki paylaşdıqca dəyəri artan ən gözəl hədiyyə kitabdır.
Unutmayaq ki, uşaqlara hədiyyə edilən hər kitab bir ümid, bir sevinc deməkdir.
Digər xəbərlər