ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Azərbaycan millisinin yeni baş məşqçisi təyin olundu

İDMAN
30.09.2025, 16:11 Oxunub: 109Futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisinin adına aydınlıq gəlib.
1001info.az xəbər verir ki, bu posta Ayxan Abbasov təyinat alıb.
Bu gün AFFA-nın prezidenti Rövşən Nəcəf A milli komandamızın baş məşqçisi Ayxan Abbasovla görüşüb. Görüş zamanı Rövşən Nəcəf mütəxəssisin U-21 komandasında gördüyü işləri, həmçinin A millinin DÇ-2026-nın seçmə mərhələsində Ukrayna yığması ilə (1:1) oyundakı çıxışını yüksək qiymətləndirib.
AFFA prezidenti Ayxan Abbasovla komandamızın qarşıdakı oyunları ətrafında fikir mübadiləsi aparıb. Rövşən Nəcəf milliyə və baş məşqçiyə AFFA rəhbərliyi tərəfindən dəstəyin bundan sonra da davam etdiriləcəyini bildirib, komandamıza növbəti oyunlarda uğurlar arzulayıb.
Görüşdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katib Cahangir Fərəcullayev də iştirak ediblər.
Qeyd edək ki, son olaraq U-21 millimizi çalışdıran Ayxan Abbasov, eyni zamanda, "Şamaxı"nın baş məşqçisidir.
Xatırladaq ki, Fernandu Santuşun istefaya göndərilməsindən sonra Ukrayna ilə matça komandanı meydana Ayxan Abbasov çıxarmışdı. Oyun 1-1 hesabı ilə başa çatmışdı.
