usd-1.7000 eur-1.8590 rub-0.0176
Bakı 18°C 5.06 m/s
Son xəbərlər
10-10-2024
25-09-2024
24-09-2024
23-09-2024
22-09-2024
17-09-2024
16-09-2024
15-09-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

İşğaldan azad olunmuş torpaqlarda ekoloji problemlər

details

CƏMİYYƏT, MƏDƏNİYYƏT

14.05.2024, 18:36 Oxunub: 2611

İşğaldan azad olunmuş torpaqlarda ekoloji problemlər

    Ermənistan tərəfindən başlanmış müharibə Azərbaycanın işğal olunmuş nəinki şəhər və kəndlərin dağıdılmasına, eyni zamanda, ərazidə bitki və heyvanlar aləminin məhv edilməsinə, bütövlükdə ekoloji tarazlığın pozulmasına səbəb olub.
    Ermənistanın işğalçı siyasətinin nəticəsində əsasən təbii sərvətlərə, xüsusi qorunan ərazilərdəki meşələrə və bitki örtüyünə hələ də amansız divan tutulur. Azərbaycanın təbiəti üçün xarakterik olan landşaftlar, yüzillik ağaclar, şəlalələr, təbii mağaralar, mədəni park nümunələri, unikal geoloji çıxıntılar, paleontoloji laylar da məhv edilir.
    Biosferin bir hissəsini təşkil edən meşələr canlıların qida zəncirini təşkil edir və burada müxtəlif bitki, heyvan növləri yaşayır. İşğal olunmuş ərazilərdə meşələrin qırılması artıq kütləvi hal almışdı. Meşələr yalnız hərbi məqsədlər üçün deyil, tikinti materialı, mebel sənayesi və digər məqsədlərdə istifadə üçün hərbçilərin köməyi ilə qırılaraq orada olan hərbi texnikanın vasitəsilə daşınmışdı.
         Azərbaycan Respublikası ərazilərinin Ermənistan silahlı qüvvələrinin işğalı nəticəsində itki və tələfatlarının qiymətləndirilməsi üzrə İşçi Qrupu tərəfindən aparılmış ilkin qiymətləndirməyə görə biomüxtəlifliyin, meşələrin məhv edilməsi, torpaqların sıradan çıxarılması, istifadədən məhrum olunması, ətraf mühitin, o cümlədən su mənbələrinin çirkləndirilməsi ilə bağlı, eyni zamanda faydalı qazıntı yataqlarının talanı nəticəsində təbiətə dəymiş ziyan işğal dövrü ərzində 244,4 milyard ABŞ dolları həcmindədir.
XXI əsrin əsas çağırışlarından biri ekoloji tarazlığın təmin edilməsidir. Buraya təbii resursların intensiv istismarının, neft-qaz və kömür hasilatının məhdudlaşdırılması, bərpaolunan enerji növlərinə, yaşıl və mavi iqtisadiyyata üstünlük verilməsi, su ehtiyatlarının səmərəli istifadəsi, karbon qazının həcminin azaldılması, təkrar emal və digər məsələlər daxildir.
     30 ilə yaxın Ermənistan tərəfindən işğalda saxlanılan Azərbaycan ərazilərində ekoloji mühitdən danışmaq belə mümkün deyil. Ermənistanın işğalçılıq siyasəti təkcə Azərbaycanın deyil, ümumilikdə bölgənin təbii ekoloji mühitini təhlükə altına alıb. Azərbaycan ərazilərinin talan edilməsi, düşmənin bu torpaqlarda flora və faunanı məhv etməsi bütün Qafqazın ekoloji durumuna çox böyük mənfi təsir göstərib. Elə bu səbəbdən Azərbaycan hələ Vətən müharibəsi yekunlaşmamış, Qarabağda ekoloji monitorinqlərin aparılması ilə bağlı təcili addım atdı. Belə ki, Preziden İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 2020-ci il 29 oktyabr tarixli Fərmanı ilə verilmiş tapşırıqlara əsasən, ətraf mühitin qorunması, təbii sərvətlərdən səmərəli istifadə və onların ilkin qiymətləndirilməsi məqsədilə yaradılmış Əməliyyat Qərargahlarında təmsil olunan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının ərazilərində monitorinqlərə başlanıldı.
     İlk olaraq, Arazboyu ərazilərdə aparılan monitorinq və müşahidələr göstərdi ki, yaşayış məntəqələrində olmuş bütün evlər, binalar, tarixi abidələr, qəbristanlıqlar tamamilə dağıdılıb, yolların kənarındakı tut, qovaq, çinar, şam və meyvə ağacları kəsilib, bəzi yerlərdə isə qiymətli ağaclar yandırılıb. Meşələrdə və yaşıllıq massivlərində qəsdən törədilmiş yanğınlar nəticəsində bitki örtüyü, münbit torpaq qatı və digər canlı aləm məhv edilib.
    İşğal olunmuş ərazilərdə həyata keçirilmiş qeyri-qanuni fəaliyyət və təbii ehtiyatların istismarı iqtisadi kontekstlə yanaşı, həm də bir sıra ekoloji problemlərə gətirib çıxarıb. Meşələrin qırılması və yandırılması, su ehtiyatlarının çirklənməsi, flora və faunanın məhv edilməsi, regionda yerin təkinin talan edilməsi nəticəsində ekoloji tarazlıq pozulub.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bütün bu problemlərlə bağlı bölgədə ekoloji monitorinqləri davam etdirir, ətraf mühitə, meşə fonduna, təbii sərvətlərə dəymiş ziyanın hesablanması, qiymətləndirilməsini aparır və nəticələr barədə müvafiq qurumlara hesabatlar təqdim olunur.
     Artıq işğaldan azad edilən torpaqlarda xeyli işlər həyata keçirilib. Quruculuq-bərpa işləri ilə paralel olaraq, müxtəlif qurumlar tərəfindən monitorinq tədqiqat işləri də davam etdirilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Medianın İnkişafı Agentliyinin təşəbbüsü ilə jurnalistlərin də azad edilmiş ərazilərə çoxsaylı səfərləri həyata keçirilir və buradakı vəziyyəti əyani şəkildə müşahidə edən jurnalistlər Ermənistanın Qarabağda törətdiyi ekoloji terrorla bağlı aydın təsəvvürə malik oldular. 
Nazirlik 2022-ci ilin planında azad edilmiş ərazilərdə görüləcək işləri öncəlik olaraq göstərir. Belə ki, bu il həmin bölgədə bioloji müxtəlifliyin qorunması, zəngin su ehtiyatlarından istifadə, məqsədli şəkildə məhv edilmiş meşə ehtiyatlarının bərpası, istismar olunmuş mineral xammal ehtiyatlarına dəymiş ziyanın hesablanması və Ermənistana qarşı müvafiq iddiaların qaldırılması istiqamətində fəal işlər həyata keçiriləcək. Proseslə əlaqədar yerli və xarici təşkilatlarla birgə layihələr planlaşdırılır. 
Torpaqlarını işğaldan azad edən Azərbaycan həmin regionda ekovəziyyəti yenidən bərpa etmək üçün də mühüm addımlar atmaqdadır. Füzuli, Zəngilan və Ağdam rayonları ərazilərində, əsasən, Şərq çinarı olmaqla, minlərlə müxtəlif növ ağac əkilib, palıd və digər meşə ağaclarının toxumları səpilib. Ağacəkmə aksiyaları Qubadlıda, Cəbrayılda da davam etdirilməkdədir. İşğaldan azad olunmuş bütün ərazilər minalardan təmizlənib təhlükəsiz vəziyyətə gətirildikcə ağacəkmə tədbirləri də davam etdirilir.


Nərmin Cavadlı 
UNEC Dizayn məktəbi təhsilin I ili, 790 qrup tələbəsi 

 

Digər xəbərlər