usd-1.7000 eur-1.7938 rub-1.6915
Bakı 14°C 7.53 m/s
Son xəbərlər
20-11-2024
15-11-2024
09-11-2024
08-11-2024
05-11-2024
04-11-2024
03-11-2024
01-11-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Mikayıl İsmayılovun oğluna qarşı ağır ittiham

details

HADİSƏ

16.05.2024, 14:27 Oxunub: 1559

Mikayıl İsmayılovun oğluna qarşı ağır ittiham - “Qızını qəbul etmir”
 SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılovun oğlu Orxan İsmayılzadə keçmiş sevgilisini məhkəməyə verib.
1001info.az  xəbər verir ki, bu barədə Musavat.com-a Fidan İsmayılzadə adlı həmin qadın danışıb. O bildirib ki, Orxan Mikayıl oğlu İsmayılzadə ona qarşı Xətai Rayon Məhkəməsinə şərəf-ləyaqət və işgüzar nüfuza zərər verilməsinə dair xüsusi ittiham təqdim edib. 
Fidanın dediyinə görə, Orxan İsmayılzadə ilə 2012-ci ilin may ayında faktiki nikahı (vətəndaş nikahı) baş tutub. O, 3 sentyabr 2016-cı ilədək cavabdehlə birlikdə yaşayıb: “Faktiki nikahımızdan 5 may 2015-ci il tarixdə övladımız anadan oldu, lakin Orxan uşağın atası olması ilə bağlı nə rəsmi nikaha düşdü, nə də atalığı qəbul etdi. Dedi ailəsi buna razı deyil, o da ailəsinin sözünü yerə sala bilməyəcək. Orxanın atası Mikayıl İsmayılov həmin vaxt yüksəkvəzifəli məmur idi və istədiyi kimi, istədiyi şəxsə təzyiq etmək imkanında idi. O zaman Sabunçu Rayon Məhkəməsində iddia qaldıraraq övladımın atasının müəyyən edilməsini xahiş etdim. Məhkəmə prosesinin gedişatında Mikayıl İsmayılov şəxsən mənimlə görüşdü. Onların adının məhkəmələrdə hallandırılmamasını xahiş etdi. Dedi ki, əgər iddiamı geri çəksəm, Orxan məhkəmədən kənar şəkildə bütün məsələni həll edəcək və övladımızın atası olmasını etiraf edəcək”.
Fidan Abbasovanın sözlərinə görə, qarşı tərəfin yalan vədinə inanıb və ərizəsini məhkəmədə geri çəkib: “Məni aldatdılar, iddiadan imtina etdirdilər. Daha sonra isə mənə artıq-əskik nəsə danışsam, ciddi problemlər yaradacaqları barədə hədə-qorxular gəlməyə başladılar”.
Orxan İsmayılzadənin şikayətinə Xətai Rayon Məhkəməsində baxılıb. Hakim obyektiv qərar verilməsi üçün bioloji qohumluğun təyini - atalıq testi təyini haqda qərardad qəbul edib. Qərardad icra olunması üçün Məhkəmə Tibb Ekspertizası(MTE) və Pataloji Anatomiya Birliyinə (PAB) həvalə olunub.
Fidan isə qərardad əsasında ekspertizanın keçirildiyi MTE və PAB-ın Bakı şəhəri, Mərdanov qardaşları 131 ünvanında yerləşən inzibati binasına gəlib. Özü ilə qızını da gətirib. Orxan İsmayılzadə isə ekspertizanın keçirilməsində iştirak etməyib: “Orxan İsmayılzadə mənim ona şər ataraq guya övladımın atasının onun olduğunu bildirməyinin şərəf-ləyaqətini alçaldan hal olmasını iddia edir. Bunu sübut etməyin tək yolu ekspertiza idi və bu gün Orxan İsmayılzadə ekspertizada iştirak etmədi”.
Qeyd edək ki, Fidan Abbasova şikayətləri ilə əlaqədar müxtəlif dövlət qurumlarına müraciət ünvanladığını da əlavə edib. 

Digər xəbərlər