ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Ekoloji mühitdə dəyişkən moda
CƏMİYYƏT, MƏDƏNİYYƏT
16.05.2024, 15:53 Oxunub: 2868Ekoloji mühitdə dəyişkən moda
Günümüzdə Fast Fashion və ətraf mühitin qarşılıqlı təsirindən hamı xəbərdardır. Ancaq bu barədə məsuliyyətsiz yanaşdığımızı düşünürəm. Keyfiyyətsiz məhsulları istifadə edərək həm ətraf mühitə, həm də özümüzə ziyan veririk.
Bilirdiniz ki, bir cins şalvarı hazırlamaq üçün 10000 litrə yaxın su istifadə olunur? Açıq-aşkar bəllidir ki,paltar istehsal etmək və almaq planetimizə necə ziyan vurur. Ekspertlər bunun həllini yanlız bir yolda görür. Yeni paltarların hazırlanması ətraf mühitə ziyan vurur, ən azından hazırlanan məhsulları uzun ömürlü istifadə etməliyik. Hesablamalara görə önümüzdəki 5 ildə ikinci əl mağazaların sayı iki qat artacaqdır.
Amerikalı onlayn mağaza olan “Shein” sosyal şəbəkələrdə “Fast Fashion” adı altında gündəmə düşmüşdür. Bu mağaza açıq-aydın keyfiyyətsiz məhsullardan istifadə etdiyini gizləməyə çalışırdı. “Shein” illik 30 milyon dollara yaxın məbləğdə pul əldə edir. Bəs biz belə brendlerin ziyan olduğunu biliriksə. nə üçün hələ də almağa davam edirik?
Əslində bizim aldığımız məhsulların iki qiyməti var: ödədiyimiz məbləğ və məhsulun layiq olduğu qiymət. Məhsulun layiq olduğu qiymətə işçi əməyi, parça keyfiyyəti və təbii ki, ətraf mühitə zərəri aiddir.
Bizim geyindiyimiz bütün məhsullar insan əlindən çıxan məhsullardır. Paltarları tikmək üçün robotlar mövcud deyil. Bütün məhsullar tikiş maşını qarşısında oturmuş insan əməyi ilə hazırlanır. Və biz dönüb işçilik qarşılığında məhsula verilən dəyərə baxanda düşünürük ki: Bu situasiyada kimin başı aldadılır?
Fast Fashion brendləri: H&M və Zara kimi brendlər ilk vaxtlar məhsulları podiuma, sonra mağazalara tez bir şəkildə və münasib qiymətlərə satışa çıxarırdılar. Lakin e-ticarət inkişaf etdikcə bizim düşündüyümüz “ucuz və tez” düşüncəmiz dəyişdi. Və buna görə də günümüzdə onlayn mağazalara daha çox üstünlük verilir.. Fast Fashion brendləri paltarın keyfiyyətinə üstün verdiyi vaxtlarda, onlayn mağazalar isə stili və trendləri daha ön plana qoydular.
Həmçinin bu cür onlayn brendlər sizin tərzinizi və nə geyinmək istədiyinizi bilmədikləri üçün trend olan bütün məhsulları satışa qoyurlar. Və günün sonunda siz nə geyinəcəyənizi tapa bilməyəcəksiniz. Halbuki,siz öz stilinizi axtarışa çıxsanız və ona uyğun əşyalar almağa davam etsəniz müəyyən qədər məbləğ olaraq həyatınızda dəyişiklik edə biləcəksiniz.
Plansız alış-veriş peşmançılıq səbəbidir. İngiltərədə aparılan bir araştırmaya görə alıcıların 60%-i aldıqlarından peşmandır. Bu nəticəyə gəlib çıxdığımız üçün bilməyən insanlar günahkar deyil, bilib də etməyə davam edən insanlar günahkardır.
Fast fashion sadəcə ətraf mühitə ziyan vurmur, həmçinin insanların ictimai həyatına da təsir göstərir. “Remake”-ə görə geyimin 80%-i 18 ilə 24 yaş arası qadınlar tərəfindən alındığı göstərilmişdir. 2018-ci ildə ABŞ tərəfindən alınan məlumata görə Argentina, Banqladeş, Brazilya, Çin, Hindistan, İndoneziya, Türkiyə və Vietnam moda sahəsində zorla uşaq işçiliyindən istifadə olunduğuna dair sübütlar tapıldı.
Fast Fashion-ın qarşısını almağın yollarından ən başlıcalarından biri Kaliforniya və ABŞ-da olan ThredUp.Inc həmçinin Poshmark kimi ikinci əl mağazalardan istifadədir. Alış-verişindən razı qalmayanlar bəyənmədiyi məhsulları onlayn şəkildə bu mağazaların veb səhifələrinə göndərir və nəticədə insanlar bu paltarları orijinalından daha az məbləğə alırlar. Başqa bir yol da, saxlanıla bilən, dəyişdirilə bilən və geri qaytarıla bilən əşyalar istifadə etmək - kirayələməkdir.
Adidas kimi digər pərakəndəçilər də müştəri məmnunniyyətini artırmaq və inventarı azaltmaq üçün xüsüsiləşdirilmiş texnikalarla araşdırmalar aparır. Ralp Lauren 2025-ci ilə qədər 100% geri dönüşdürülə bilən məmulatlardan istifadə edəcəyini bildirmişdir.
Son 10 ildə insanların nisbətən daha az məhsul aldığı görünür. Lakin azalan tək bu yox, həm də məhsulların keyfiyyəti də olmuşdur. Yəni nə qədər çox pul ödəsək, o məhsul daha uzun ömürlü olur.
“Shein” kimi brendlər isə bu məhsulları ucuza və keyfiyyətsiz sataraq sadəcə özünə xeyir qazandırır.
Qısaca, həyatımızın, gələcəyimizin önəmli olduğunu düşünərək addım atmalıyıq. Çünki bu dunyanı qoruyub saxlamaq hər kəsdən öncə özümüzə etdiyimiz yaxşılıqlardan biridir. Fast Fashion-ın ətraf mühitə ziyanını azaltmaq barəsində verilən ən yaxşı tövsiyə, Manchester Universitetində moda reklamcılığında təhsil nümayəndələrindən biri olan Patsy Perry tərəfindən verilmişdir: “Daha az hər zaman daha çoxdur.”
Fatimə Quliyeva
UNEC Dizayn məktəbi təhsilin I ili, 720 qrup tələbəsi