usd-1.7000 eur-1.9672 rub-2.0995
Bakı 14°C 0.58 m/s
Son xəbərlər
07-11-2025
23-10-2025

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Azərbaycan Ədəbiyyat Fondunun “İrəvanda xal qalmadı layihəsi

details

CƏMİYYƏT

13.11.2025, 17:30 Oxunub: 96

Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin 2025-ci il qrant müsabiqəsi çərçivəsində Azərbaycan Ədəbiyyat Fondunun təqdim etdiyi layihə özündə yazıçı Varisin sənədli roman janrında yazdığı “İrəvanda xal qalmadı” romanını ehtiva edir. 600000 işarəlik arxiv istifadəsi və 47 mənbədən iqtibas əlbəttə ki, ortaya ciddi və sanballı bir işin qoyulmasıba dəlalət edir.

Və əlbəttə ki, inditədək qalmaqda olan tariximizin ağ ləkələrinin aradan qaldırılması naminə bu cür təşəbbüs həm QHT-lərə Dövlət Dəstəyi Agentliyinin, həm də Azərbaycan Ədəbiyyat Fondunun aktivinə yazılmalıdır.

Yazıçı Varisin “İrəvanda xal qalmadı” romanı Azərbaycan tarixinin ən həssas və az işıqlandırılmış mərhələlərindən birini – XIX yüzilin əvvəllərində İrəvan xanlığının süqutu və Rusiya imperiyasının Güney Qafqazdakı işğal siyasətinin getçək mənzərəsini bədii faktura ilə təqdim edir. Əsərin dəyəri ondadır ki, o, təkcə tarixi hadisələri xronoloji ardıcıllıqla nəql etmir, həm də milli yaddaşın, torpaq bağlılığının, mənəvi kök hissinin bərpası missiyasını daşıyır.

Roman həm tarixilik, həm də bədii dərinlik baxımından çağdaş Azərbaycan oxucusuna milli özünüdərk baxımından önəmli ismarıclar verir. Əsər xalqın yaddaşında “İrəvan” anlayışını yenidən diriltmək, o torpaqların türk-islam kimliyinə, memarlıq və mənəvi irsinə diqqəti yönəltmək missiyasını haqq edir.

Əsər faktoloji zənginliyinə, qaynaqların güvənirliliyinə və dil üslubunun təbii axarına görə səviyyəli ədəbi-tarixi araşdırma təsiri bağışlayır. Romanın dilində həm tarixə sədaqət, həm də ədəbi zərafət duyulur. Müəllif folklor, dini-mənəvi, tarixi və publisistik yönləri birləşdirərək çağdaş milli roman estetikasında daha bir örnək yaradıb.

Bu anlamda nəşr həm gənc oxucu nəsli, həm də araşdırmaçılar üçün önəmli ədəbi qaynaq rolunu oynaya bilər.

Əsərin bədii səviyyəsi, faktoloji əsaslandırılması və ideya-mənəvi yönü nəzərə alınaraq, “İrəvanda xal qalmadı” romanının nəşri məqsədəuyğun və ictimai baxımdan zəruri olmasına diqqət çəkirəm. Əminəm ki, bu nəşr həm Azərbaycan ədəbi-mədəni mühitinə, həm də Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimai fikrə tanıdılmasına önəmli xidmət göstərə biləcək.

Digər xəbərlər