usd-1.7000 eur-1.8459 rub-0.0200
Bakı 25°C 15.59 m/s
Son xəbərlər
14-07-2024
10-07-2024
09-07-2024
08-07-2024
05-07-2024
04-07-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Salman Mümtaz haqqında silsilə materiallar hazırlandı

details

ƏDƏBİYYAT

20.05.2024, 13:49 Oxunub: 1291

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında görkəmli ədəbiyyatşünas Salman Mümtazın 140 illiyi ilə bağlı “Türk dünyasının Mümtaz oğlu” adlı biblioqrafik icmal və “Ədəbiyyatımızın Mümtazı” adlı geniş videomaterial hazırlanıb.
1001info.az Kulis.az-a istinadən  xəbər verir ki, materiallarda şairin gənclik illəri, ədəbiyyata gəlişi, “Molla Nəsrəddin” jurnalı, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutu və Azərbaycan Dövlət Muzeyində xidmətləri, Abbas Səhhət, Mirzə Ələkbər Sabir kimi Azərbaycan ədəbiyyatının görkəmli simaları ilə birgə fəaliyyəti haqqında məlumat verilib.
Videomaterialda onun 1920-ci ildə Azərbaycan ədəbiyyatının bərpası üzrə komissiyanın təşkilatçısı və sədr olması, uzun illər Azərbaycanı gəzərək yazıçıların əlyazmalarını toplaması, 200 kitab, məqaləni “Unudulmuş yarpaqlar” başlığı altında dərc etdirməsi, klassiklərin əsərlərinin toplanıb, yenidən nəşr olunmasında nümayiş etdirdiyi müstəsna əməyi haqqında məlumatlar təqdim olunub. Həmçinin S.Mümtazın repressiya dövründə “Xalq düşməni” damğası altında həbs edilməsi, topladığı 270-ə yaxın əlyazmaların məhv edilməsi, sürgünlük həyatı və xatirəsinin əbədiləşdirilməsi haqqında faktlar da öz əksini tapıb.
“Türk dünyasının Mümtaz oğlu” adlı biblioqrafik icmalda görkəmli şəxslərin mədəniyyət tariximizin fədakar tədqiqatçısı haqqında söylədikləri dəyərli fikirlər, müəllifi olduğu və onun haqqında qələmə alınan “Salman Mümtazın şəxsi fondundan folklor mətnləri”, “Azərbaycan ədəbiyyatının qaynaqları”, “El şairləri”, “XX əsr Azərbaycan ədəbiyyatşünaslığı məsələləri”, “Salman Mümtaz arxivinin təsviri”, “Salman Mümtazın ədəbi və elmi fəaliyyəti” kimi iyirmiyə yaxın kitabın biblioqrafik təsviri və qısa annotasiyası yer alıb.
Materiallarla kitabxananın rəsmi saytından https://ryl.az/multimedia/edebiyyatimizin-mumtazi https://ryl.az/funds/biblioqrafik-icmal tanış olmaq mümkündür.

 

Digər xəbərlər