usd-1.7000 eur-1.8451 rub-0.0174
Bakı 16°C 13.4 m/s
Son xəbərlər
16-10-2024
14-10-2024
10-10-2024
25-09-2024
24-09-2024
23-09-2024
22-09-2024
17-09-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Hüseynbala Mirələmovun əsərləri qırğız dilində

details

ƏDƏBİYYAT

22.09.2024, 17:42 Oxunub: 1133

Yazıçı-dramaturq, publisist  Hüseynbala Mirələmovun əsərləri bu dəfə  qırğız dilində çapdan çıxıb.

Dramaturqun məşhur "Xəcalət” povestinin də daxil olduğu kitab bu günlərdə Bakıda qonaq olan Qırğızıstan Yazıçılar Birliyinin sədri Kanıbek İmanaliyev tərəfindən müəllifə təqdim edilib. Kanıbek İmanaliyev bildirib ki, kitabda yer alan  Azərbaycanın ən ağrılı problemi olan Qarabağ hadisələrindən bəhs edən əsərlər qırğız yazıçılar, ədəbiyyatşünaslar tərəfindən də  çox böyük rəylər alıb, yüksək dəyərləndirilib.

Görüşdə görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun ailə üzvləri, müasir qırğız ədəbiyyatının nümayəndələri də iştirak edib və Qırğızıstan Yazıçılar Birliyinin də üzvü olan dramaturq Hüseynbala Mirələmovun  ünvanına xoş sözlər söyləyiblər, onun dünya ədəbiyyatının böyük nümayəndəsi Çingiz Aytmatovla dostluq münasibətlərindən söz açıblar və bu münasibətlərin hər iki xalq üçün qiymətli olduğunu vurğulayıblar. 

Xatırladaq ki, vaxtilə Qırğızıstanın xalq yazıçısı Çingiz Aytmatov Hüseynbala Mirələmov haqqında belə demişdir: "Hüseynbala Mirələmovla oxşarlığımız çoxdur. Həmfikir olduğumuza görə tale bizi qovuşdurub. Biz bir çox mövzuda fikir mübadiləsi aparanda eyni məxrəcə gələ bilirik. Hüseynbala ilə hər görüşəndə ondan müsbət enerji qəbul edirəm, mənən bəhrələnirəm".

Görüşdə Hüseynbala Mirələmov bu yaxınlarda işıq üzü görən” Ağ buludlar üstündə” kitabını da iki xalqın dostluq simvoluna çevrilən Çingiz Aytmatovun xatirəsinə həsr etdiyini bildirib.
Kanıbek İmanaliyev Hüseynbala Mirələmovun “Görkəmli adamların həyatı“ seriyasından “Heydər Əliyev“ kitabının da bu yaxınlarda qırğız dilinə tərcümə edilib nəşr olunacağını bildirib.

Qeyd edək ki, bununla da bu kitab dünyanın 50 dilinə tərcümə edilmiş olacaq.

Digər xəbərlər