ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Buydumu, buydumu, istədiyimiz?.. - Fərid HÜSEYN
ƏDƏBİYYAT
10.10.2024, 17:08 Oxunub: 1329Bu gün şair, esseist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident təqaüdçüsü Fərid Hüseynin doğum günüdür.
1001info.az "Günün şeiri" rubrikasında istedadlı yazar Fərid Hüseynin "Heyf... Çox heyf..." şeirini təqdim edir.
Heyf... Çox heyf...
Çatırlar dostlarım arzularına –
olurlar vəzifə, məzhəb yiyəsi,
Şeytan şərqiləri oxumaqdansa
gün gəlir çoxunun kəsilir səsi.
Mənsə soruşuram onlardan indi:
Buydumu, buydumu, istədiyiniz?
Soxulub min yerə, girib yüz dona
arzuya çatmaqla cəzalanırlar.
Vicdan zirvəsindən təpəsi üstə
riya dərəsinə yuvarlanırlar.
Mənsə soruşuram onlardan indi:
Buydumu, buydumu, istədiyiniz?
Haramı min yerdən parçalayaraq
didib-didişdirib aslanlaşırlar.
Efirdə, ekranda, səhifələrdə
hamıdan ucada yalanlaşırlar.
Mənsə soruşuram onlardan indi:
Buydumu, buydumu, istədiyiniz?
Birisi geyinir “dövlət” niqabın,
o biri bürünür “din” libasına.
Üzdən abır-həya çəkilib gedir,
bədən dönür ruhun xarabasına.
Mənsə soruşuram onlardan indi:
Buydumu, buydumu, istədiyiniz?
Baxıram sizlərə, heyifim gəlir,
Baxıram güzgüyə, heyifim gəlir,
Bəsirət bağlanıb, dilimizsə lal:
Həm sizə, həm mənə aiddir sual:
Buydumu, buydumu, istədiyiniz?
Buydumu, buydumu, istədiyimiz?
1001info.az Fərid Hüseyni ad günü münasibəti ilə təbrik edir, möhkəm cansağlığı, yeni yaradıcılıq uğurları diləyir.