ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Eşqi bilən ruha dərman qocalmaz... - Mahirə NAĞIQIZI
ƏDƏBİYYAT
04.11.2024, 13:54 Oxunub: 2483Bu gün filoloq-alim, professor, müasir Azərbaycan poeziyasının tanınmış nümayəndəsi Mahirə Nağıqızının doğum günüdür.
1001info.az dəyərli ziyalı Mahirə xanımı təbrik edir və “Günün şeiri” rubrikasında “Qocalmaz ”şeirini oxuculara təqdim edir.
QOCALMAZ
Deyirsən ki, sevgin ilə qocaldım,
Bilmirsənmi sevən insan qocalmaz!
Mən nə sevdim, nə sevəndən öc aldım.
Onu bildim hər pasiban qocalmaz.
Kim nə deyə, elə budu bu dünya,
Yarı oddu, yarı sudu bu dünya,
O dünyanın qorxusudu bu dünya,
Verər səni, məni qurban,qocalmaz.
Naşı ovçu soraqlayar ov hanı?
Soraq ilə başa vurar dövranı.
Dəvəçiylə dost olanın karvanı
Səhra aşar, dostu sarban qocalmaz.
Sevgi yoldu, mənzil harda bilinməz,
Gedər, qalar yarı yolda bilinməz,
Kimdi ovçu, kimdi torda bilinməz,
Aşiq olan olar heyran, qocalmaz.
Eşq yolunda ay boylanar bədiri,
Yazı yazan hamımızdan səbrli.
Arif olan xatırlayar o sirri:
İlahidən eşqi olan qocalmaz.
Bu dünyanın çölü, düzü qocalar,
Min illərin fikri, sözü qocalar,
Nə zamansa dünya özü qocalar,
Eşqi bilən ruha dərman qocalmaz.
Mahirədən, Tanrı, zülmü əsirgə,
Sevdiyindən ucuz ölümü əsirgə,
Nə yurdunu, nə elini əsirgə,
Kim ki sürsə belə dövran qocalmaz.