usd-1.7000 eur-1.7426 rub-1.6534
Bakı 6°C 10.68 m/s
Son xəbərlər
12-01-2025
11-01-2025
10-01-2025
09-01-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

“40 filmin çəkilişinə cəmi 4,4 milyon manat xərclənib”- Fərid Cəfərov

details

MƏDƏNİYYƏT

20.11.2024, 17:15 Oxunub: 807

“Vətən müharibəsi ilə əlaqədar filmlərin çəkilişinə ötən il 10 milyon manat ayrılsa da, müsabiqə nəticəsində 40 filmin çəkilişinə cəmi 4,4 milyon manat xərclənib”.

1001info.az xəbər verir ki, bunu mədəniyyət nazirinin müavini Fərid Cəfərov Milli Məclisin Gənclər və idman, İctimai birliklər və dini qurumlar, Mədəniyyət komitələrinin birgə iclasında 2025-ci ilin büdcə müzakirələri zamanı deyib.

“Xarici ölkələrlə birlikdə filmlərin çəkilişinə gəlincə, TÜRKSOY-un xətti ilə Türk dünyasının ortaq filminin çəkilməsinə başlanıb. Bu, “Molla Nəsirəddin” filmidir və kommersiya əsaslı olacaq. 2023-cü ildə dövlət tərəfindən kommersiya əsaslı filmlərə də dəstək göstərilməsi qərara alınıb. Bu sahədə inkişafa səbəb olacağını düşünürük”, - deyə Fərid Cəfərov bildirib.

Digər xəbərlər