ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
“Yaşıl və rəqəmsal transformasiyalar: qarşılıqlı təsirləri, pozitiv və neqativ aspektləri” konfransı seksiya iclasları ilə davam edib
CƏMİYYƏT
09.11.2024, 21:29 Oxunub: 10091001info.az xəbər verir ki, “Yaşıl və rəqəmsal transformasiyalar: qarşılıqlı təsirləri, pozitiv və neqativ aspektləri” mövzusunda respublika elmi-praktiki konfransı seksiya iclasları ilə davam edib.
“Yaşıl cəmiyyətin formalaşmasında rəqəmsal texnologiyalar” və “Yaşıl iqtisadiyyata keçidin elmi praktiki problemləri” mövzularında keçirilən seksiya iclaslarında COP29-un çağırışları kontekstində yaşıl iqtisadiyyata keçid və iqlim dəyişiklikləri problemlərinin həllində yaşıl və rəqəmsal texnologiyalar, transformasiyalar, onların təsirləri və neqativ-pozitiv aspektləri, o cümlədən yaşıl iqtisadiyyatın formalaşmasında süni intellekt, Əşyaların İnterneti, 3D çap texnologiyaları, ekoloji problemlər və İKT, radiasiya təhlükəsizliyi və yaşıl cəmiyyət, yaşıl enerji və smart texnologiyalar və s. kimi aktual mövzularda elmi məruzələr dinlənilib, geniş müzakirələr aparılıb.
Məruzəçilər “Yaşıl məqsədlər üçün intellektual insan resurslarının formalaşması vəziyyətinin təhlili və qiymətləndirilməsi”, “Yaşıl keçidi dəstəkləyən bacarıqların qeyri-səlis məntiq metodları əsasında qiymətləndirilməsi”, “Sənaye 4.0 mühitində Big Data resurslarının emalı üçün yaşıl paralel modellərin və alqoritmlərin işlənilməsi məsələləri”, “Neft və qaz sənayesində yaşıl innovativ texnologiyaların tətbiqinin qabaqcıl istiqamətləri”, “Proqram sistemlərinin enerji sərfiyyatının azaldılması üçün yaşıl kodlaşdırmadan istifadə edilməsi”, Smart elektrik şəbəkələri və kritik enerji infrastrukturları üçün yaşıl kiberfiziki sistemlərin müasir vəziyyətinin və perspektiv tədqiqat məsələlərinin analizi” kimi mövzularda çıxış ediblər.
Seksiya iclaslarında, həmçinin “COP29 çağırışları kontekstində yaşıl iqtisadiyyata keçidin rəqəmsal transformasiya problemləri və onların konseptual həll istiqamətləri”, “Verilənlərin Emalı Mərkəzlərinin soyutma sistemlərində enerjidən səmərəli istifadə üçün yaşıl texnologiyaların tətbiqi haqqında”, “Verilənlərin Emalı Mərkəzlərinin soyutma sistemlərində enerjidən səmərəli istifadə üçün yaşıl texnologiyaların tətbiqi haqqında”, “Verilənlərin Emalı Mərkəzlərinin soyutma sistemlərində enerjidən səmərəli istifadə üçün yaşıl texnologiyaların tətbiqi” və s. kimi mövzularda məruzələr təqdim olunub, suallar cavablandırılıb.
www.iсt.az