usd-1.7000 eur-1.7938 rub-1.6915
Bakı 14°C 7.53 m/s
Son xəbərlər
20-11-2024
15-11-2024
09-11-2024
08-11-2024
05-11-2024
04-11-2024
03-11-2024
01-11-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Məlahət Abbasova: "Ərdoğan mənim azərbaycanlı olduğumu biləndə dedi ki,  İki qardaş ölkə arasında mədəniyyət körpüsü quracaqsan"

details

MƏDƏNİYYƏT

30.04.2024, 15:08 Oxunub: 3003

Məlahət Abbasova "İblis" haqda: "Bu Azərbaycan və Türkiyə teatrları arasında bir ilk olacaq"  
1001info.az AZXEBER.COM-a istinadən təqim eidr.

Müsahib uzun illərdir Türkiyədə yaşayan, Azərbaycanın Əməkdar incəsənət xadimi, aktrisa-rejissor Məlahət Abbasovadır

- Türkiyədə işləriniz necədir? Hazırda yaradıcılıqda nə yeniliklər var?

- Çox şükür, yaxşıdır. Loru dildə desək, başımı qaşımağa vaxtım yoxdur. Teatr, serial çəkilişlərim, tədbirlər, yeni layihələrim, tərcümələrim olur. Yeniliklərə gəlincə, bilirsiniz ki, sənət yaradıcılığımın 99%-i Azərbaycan teatr ve kino sənətinin, ədəbiyyatının təbliğatına həsr olunub. 15-dən çox Azərbaycan əsərini bədii şuramıza təqdim etmişəm, qəbul olunub. Bir çoxunu səhnəyə qoymuşam. Festivallarda, qastrollarda iştirak etmişik.
 
2015-ci ildə Elçinin "Şekspir” tamaşasına görə "İlin ən yaxşı rejissoru” mükafatına layiq görülmüşəm. Bu yaxlınlarda M.F.Axundovun "Mösyö Jordan ve Dərviş Məstəli Şah” əsəri bədii şurada qəbul olunub. İndi C.Məmmədquluzadənin "Ölülər” və "Dəli yığıncağı” əsərləri üzərində işləyirəm. Bundan başqa, çox dəyərli bir yazıçımızın kitabının Türkiyədə tanıdılması üçün tərcümələrimə davam edirəm. Azərbaycanda da çox izlənən Kanal-7-də yayımlanab "Esaret” adlı serialda önəmli rol oynayıram. Bundan başqa, Beynəlxalq Teatr Festival Komitəsinin üzvüyəm. Hazırda çalışdığım İstanbul Şəhər Teatrlarının bir neçə xarici ölkə festivallarında iştirak etməsi üçün danışıqlar aparırıq. Yəni, qısacası mənə 24 saat yetmir (gülür).

-Bilirik ki, Azərbaycan əsərlərini Türkiyə səhnəsinə çıxarırsınız. İstərdik bu haqda danışaq.

- Azərbaycan əsərlərinin Türkiyədə tanıtmaq mənim üçün artıq bir missiyaya dönüşüb. Mən 1991-ci ildə İstanbul Şəhər Teatrlarında fəaliyyətə başladığımda bir dənə də olsun Azərbaycan əsəri kitabxanamızda yox idi. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan o vaxt bələdiyyə başçısı idi. Mənim azərbaycanlı olduğumu biləndə dedi ki, sənə ilk tapşırıq verirəm. İki qardaş ölkə arasında mədəniyyət körpüsü quracaqsan. İlk tapşırığım budur. Bu məndə ruh yüksəkliyi yaratdı. İlk olaraq B.Bahanzadənin "İkinci səs” əsərini tamaşaya qoyduq. O tamaşaya Ərdoğan da gəldi. Ondan sonra R. İbrahimbəyov, Anar, Elçin, H.Cavidin və s. tamaşaları üzərində işlədim və səhnəyə qoyuldu. Azərbaycan əsərləri mənim bir rejissor kimi həyatımda böyük rol oynayıb. Səhnəyə qoyduğum tamaşaların hamısı mükafat alıb. Elçinin "Şekspir” tamaşası tam 11 mükafatla rekord qazanmışdı. Ən son səhnəyə qoyduğum H.Cavidin "İblis” tamaşası səhnə tərtibatı ilə dünya teatrlarında istifadə olunan Hollogram, MAPPİNG 3D, GROSSPERDE, GREEN BOX VİZUAL effektləri ilə teatrımızda bir yenilik olmuşdur. H.Cavidin adına layiq bir tamaşa hazırlamaq, ilk tamaşada hər iki ölkənin dövlət rəsmililərinin olmağı mənim üçün qürurverici bir hadisə idi. İndiyə qədər heç bir tamaşada bu qədər dövlət rəsmiləri iştirak etməmişdi. Türkiyədə demək olar ki, bütün televiziya kanalları tamaşadan xəbər vermişdi.
 
- Türkiyədə çox böyük uğurlar qazanan tamaşalarınızdan danışdınız. Azərbaycan tamaşaçısı nə vaxtsa "İblis”i və sadaladığınız digər əsərləri ölkəmizdə də görəcək? Nəyə görə Azərbaycanda əsərlərinizi nümayiş etdirmirsiniz?

- Çalışdığım İstanbul Şəhər Teatrları ilə Azərbaycan Akademik Milli Dram Teatrı, Bələdiyyə teatrı arasında həmişə bir körpü qurmuşam. Dəfələrlə hər iki teatrı həm İstanbul şəhər teatrlarına və festivallarımıza dəvət etmişik. Bizim teatrımız da dəfələrlə Bakıda qastrolda olub. İnanıram ki, bundan sonra bu əlaqələr daha da güclənəcək.
 
"İblis” tamaşamızın 2-ci qalası Bakıda planlaşdırılmışdı. Amma pandemiya başladı. 2 il teatrımız bağlandı. İndi təkrar dövlət teatrları ilə səhnəyə qoyulması üçün danışığımız gedir. İnanıram ki, bu istəyim gerçəkləşəcək.

- Bəs Azərbaycandan dəvət alırsınız? 

-Bəli, illər əvvəl almışdım. Amma işlərimin çoxluğundan təxirə salmışdım. Ən son "İblis” tamaşamı izləyən bir çox dövlət rəsmilərimiz, sənət dostlarımız, mütləq bu tamaşanı Bakıda səhnəyə qoymamı istəyirlər. Mənim üçün sevindirici haldır ki, bu gün Azərbaycan incəsənətini, milli kinosunu, milli teatrını dünya səviyyəsində görmək istəyən, Azərbaycan teatrına yeniliklər gətirmək istəyən, arzusunda olan Mədəniyyət Nazirliyimiz var. İki ölkənin mədəniyyət nazirlikləri arasında ortaq layihələrin həyata keçməsi üçün atılan adımlar məni inanılmaz sevindirdi. Mənə Mədəniyyət Nazirliyindən "İblis” tamaşasının Akademik Milli Dram teatrında səhnəyə qoymağım üçün təklif gəldi. Türkiyənin tanınmış texniki heyəti işıq, effekt, vizual effekt tərtibatçılarının da qatılımı ilə iki qardaş ölkənin birgə layihəsi olacaq. Bu Azərbaycan və Türkiyə teatrları arasında bir ilk olacaq. Azərbaycanda baxdığım bir çox tamaşada istifadə olunan led ekran artıq dünya teatrlarında istifadə olunmur. Onun yerinə Hollogram, mapping 3D, Green Box sistemlerindən istifadə olunur. Belə planlaşdırmışıq ki, Tükiyədən gələn peşəkar heyət Bakıda qaldıqları müddətcə bu sistemi və aparatı təmənnasız olaraq bütün teatrlarımızın texniki heyətinə 1 həftə boyunca öyrətsinlər. Bu Azərbaycan teatrı üçün bir yüksəliş deməkdir. Artıq bütün sənət dostlarım yenilik istəyir.

- Siz Mehdi Məmmədovun tələbəsi olmusunuz. Akyorluğu bitirmisiz. Necə oldu rejissor olmaq qərarına gəldiniz?

- Türkiyədə rejissorluq fakültəsi yoxdur. Bütün rejissorlar aktyorluqdan və ya teatrşünaslıqdan gəlib rejissor olublar. Türkiyədə belə düşünürlər: yaxşı rejissor olmaq üçün əvvəlcə yaxşı aktyor olmaq lazımdır. Bizim İstanbul Şəhər Teatrları dünyanın ən böyük teatrıdır. 13 binamız, 1500 işçimiz var. Hər il rejissorlar dəvət olunur. Mən 6 il teatrda direktor müavini işləmişəm. Biz hər il ən az Avropadan, ABŞ-dan 3-4 rejissor dəvət edirik. Birdən-birə rejissor olunmur. Bunun üçün illərim getdi. Bizim teatra hamımızın yaxından tanıdığı rus aktyorlar Oleg Yefremov, Aleksandr Kalyagin, Leonid Xeyfets, Rüstəm İbrahimbəyov kimi dahi sənət insaları gəlib tamaşa qoyub. Gecə-gündüz onlarla bərabər idim. Onlardan çox şey öyrəndim. Sonra İtalyadan, Makedonyadan, Polşadan, Almanyadan gələn rejissorların köməkçisi oldum. Bütün bunlar böyük təcrübə deməkdir. Mən onların yanında elə bilin ki, rejissorlug üzrə 2 universitet bitirmişəm. Bir də yaşadığım mühit, Beynəlxalq Teatr Festival komitəsinin üzvü olmağım mənə dünya teatrlarını yaxından tanımaq və görmək imkanı yaratdı. Rejissor olmaq mənim illərimi aldı.
Rejissor olmaq üçün dünyagörüşünə sahib olmaq lazımdır. Aktyordan rejissor olmaz deyə düşünənləri də cahil, bəlli bir qutunun içində beyni sıxışıb qalmış, dünyaya at gözü ilə baxan kimi görürəm. Azərbaycanda da aktyorluqdan rejissorluğa keçən aktyorlarımız var. Məsələn, Hüseyinağa Atakişiyev, Vaqif İbrahimoğlu, Nicat Kazımov kimi istedadlı aktyor-rejissorlarıımız olub, var, olacaqlar da. Mən rejissorluğu yox, rejissorluq məni seçdi.
 
- Maraqlı müsahibəyə görə təşəkkür edirik...
 
- Mən də sizə minnətdaram. Ümid edirəm ki, yaxınlarda yeni layihələrimlə tamaşaçılarımızı sevindirəcəm. 

Digər xəbərlər