usd-1.7000 eur-1.8451 rub-0.0174
Bakı 16°C 13.4 m/s
Son xəbərlər
16-10-2024
14-10-2024
10-10-2024
25-09-2024
24-09-2024
23-09-2024
22-09-2024
17-09-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Səttar Bəhlulzadənin 115 illiyinə həsr olunmuş rəsm müsabiqəsi 

details

MƏDƏNİYYƏT

10.10.2024, 17:54 Oxunub: 271

Səttar Bəhlulzadənin 115 illiyinə həsr olunmuş rəsm müsabiqəsi - “Tablolarda nağıllar”

Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə Xalq rəssamı Səttar Bəhlulzadənin 115 illiyinə həsr olunmuş “Tablolarda nağıllar” adlı gənc rəssamların yaradıcılıq müsabiqəsi elan olunur.

1001info.az Kulis.az-a istinadən  xəbər verir ki, müsabiqədə 18-30 yaş arası gənc rəssamlar iştirak edə bilər.

Müsabiqənin mövzusu Azərbaycanın xalq nağıllarının təsviri sənətdə tətbiqidir.

Müsabiqədə iştirak etmək istəyən rəssamlar Azərbaycanın şifahi xalq ədəbiyyatından götürülmüş müxtəlif epizodların (hadisələrin), obrazların əks olunduğu əsərləri ilə müraciət edə bilər.

İştirakçılardan müsabiqə-sərgiyə təqdim edəcəkləri işlər haqqında məlumatları 25 noyabr 2024-cü il tarixinədək [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.

Mövzu üzrə hazır, orijinal əsərlər haqqında dəqiq məlumatlarda - əsərin fotosu, müəllifin ad və soyadı, təvəllüdü, əlaqə nömrəsi, əsərin adı, ölçüsü, texnikası, həmçinin əsərin yaradılma ili qeyd edilməlidir. Əsərlər tək-tək göndərilməli, məlumatlar dolğun olmalıdır.

Seçim üçün elektron ünvana məlumat göndərən rəssamlardan əlaqə nömrələrini qeyd etmələri xahiş olunur.

Rəsm müsabiqə-sərgisinə hər bir iştirakçı 2 rəsm işi göndərə bilər.

Orta və böyük ölçülü əsərlərə üstünlük veriləcək (Məsələn: 60x70, 70x90, 100x100 sm və s.). Əsərlərin səliqəli və çərçivələnmiş olması vacibdir.

Əsərlərin ilkin seçim mərhələsi onlayn qaydada aparılacaq. Daha sonra seçilmiş əsərlərdən müsabiqənin qaliblərinin müəyyənləşdirilməsi professional rəssamlardan ibarət münsiflər heyəti tərəfindən həyata keçiriləcəkdir.

Əsəri sərgilənən hər bir iştirakçıya sertifikat, qaliblərə isə diplom və dəyərli hədiyyələr (birinci, ikinci və üçüncü yer üçün) təqdim olunacaq.

Sərginin keçirilmə məkanı və tarixi barədə iştirakçılara məlumat veriləcək. Seçilmiş əsərlər 6 dekabr 2024-cü il tarixinə qədər sərgininin keçiriləcəyi ünvana çatdırılmalıdır.

Digər xəbərlər