usd-1.7000 eur-1.9260 rub-2.1283
Bakı 21°C 5.07 m/s
Son xəbərlər
21-05-2025
20-05-2025
12-05-2025
08-05-2025
07-05-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

İmişlidə yazıçı-publisist Qəni Camalzadə ilə görüş keçirilib

details

ƏDƏBİYYAT

22.05.2025, 14:42 Oxunub: 150

Mil-Muğan Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən İmişli rayon Mərkəzi Kitabxanasında Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-publisist, I Qarabağ müharibəsi iştirakçısı Hacı Qəni Camalzadə ilə görüş keçirilib.

1001info.az xəbər verir ki, tədbirdə Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü, “Ədəbiyyat” qəzetində şöbə müdiri Aydınxan Əbilov, yazıçı-publisist, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü Şahin Həmidli, rayonun yaradıcı ziyalıları, mədəniyyət işçiləri və ədəbiyyatsevərlər iştirak ediblər.

Görüş zamanı İmişli rayon Mərkəzi Kitabxanasının direktoru çıxış edərək çağdaş Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, tarixi romanlar və çoxsaylı hekayələrin müəllifi Hacı Qəni Camalzadənin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib.

Daha sonra yazıçı-publisist Hacı Qəni Camalzadə çıxış edərək öz yaradıcılıq yolundan, gələcək planlarından və üzərində çalışdığı yeni əsərlərdən danışıb. O, oxucularla olan qarşılıqlı bağın və yazıçının cəmiyyətə təsir imkanlarının önəmini vurğulayıb.

Tədbirdə çıxış edən qonaqlar yazıçının həyat mövqeyi, yaradıcılıq fəlsəfəsi və onun qələmə aldığı əsərlərin ictimai əhəmiyyəti barədə fikirlərini bölüşüblər. Qeyd olunub ki, Hacı Qəni Camalzadə real həyat hadisələrinə söykənən, oxucunu düşündürən və cəmiyyətə dərin mesajlar verən əsərləri ilə geniş oxucu kütləsinin rəğbətini qazanıb.

Sonda iştirakçılar yazıçıya yeni yaradıcılıq uğurları arzulayıb, belə tədbirlərin ədəbi mühitin zənginləşməsində mühüm rol oynadığını vurğulayıblar.

Digər xəbərlər