usd-1.7000 eur-1.9286 rub-2.0859
Bakı 20°C 6.82 m/s
Son xəbərlər
07-05-2025
06-05-2025
04-05-2025
02-05-2025
01-05-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Qazaxıstanlı kikboksçular Adil Əliyevlə görüşüblər

details

İDMAN

07.05.2025, 16:35 Oxunub: 1004

Bu yaxınlarda təlim-məşq toplantısında iştirak etmək üçün Azərbaycana gələn Qazaxıstan Kikboksinq Federasiyasının (AKF) yeniyetmələr və gənclərdən ibarət komandası Azərbaycan Kikboksinq Federasiyasının fəxri prezidenti, Suraxanı rayon İcra hakimiyyətinın başçısı Adil Əliyevlə görüşüblər.

1001info.az xəbər verir ki, Adil Əliyev qazaxıstanlı kikboksçuları salamlayaraq xoş diləklərini çatdırıb.

Qazax kikboksçuları Azərbaycanda olduğu müddətdə özlərini doğma  vətəndə olduğu kimi hiss etdiklərini bildirərək  yüksək qonaqpərvərliyə görə təşəkkürlərini bildiriblər.

Heyət  tərəfindən Adil Əliyevə Qazaxıstanın milli geyimi hədiyyə edilib.

Qeyd edək ki, Qazaxıstan komandasının məşqçiləri Turdıbekov Nurtaza, Erjan Bazarşayev rəhbərliyi altında 18 nəfərdən ibarət heyət gəlib. Onlar federasiyasının yeniyetmə və gənclərdən ibarət milli komandasının baş məşqçisi Hikmət Hacıyevin rəhbərliyi ilə təlim-məşq toplantısında iştirak edirlər. Burada əsas məqsəd təcrübə mübadiləsi aparmaq, fiziki- taktiki təlimlərdə iştirak etməkdir. Bu həm də Azərbaycan Kikboksinq Federasiyasının uğuru kimi qəbul edilməlidir ki, artıq qardaş ölkələrin idmançıları azərbaycanlı məşqçilərin təcrübəsindən yararlanmaq üçün vətənimizə təşrif buyururlar.

Bu həm də AKF rəhbərliyinin illərdir ki, kikboksinq idman növünün inkişafı istiqamətində uzunmüddətli səmərəli fəaliyyətinin nəticəsi kimi qəbul edilməlidir.

Digər xəbərlər