ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Azərbaycanın Gənc Alimi Dünyanın Ən Yaxşı Universitetlərindən Qəbul Aldı

CƏMİYYƏT
08.05.2025, 15:27 Oxunub: 357Azərbaycanın gənc alimi dünyanın ən yaxşı universitetlərindən qəbul aldı.
1001info.az xəbər verir ki, Azərbaycanın istedadlı gənclərindən biri – Xəzər Hüseynov böyük bir uğura imza ataraq, dünyanın ən nüfuzlu ali təhsil müəssisələrindən qəbul alıb.
Xəzər hələ məktəb illərindən elmə olan marağı, əzmkarlığı və intellekti ilə seçilib. Təhsil həyatının ilk günlərindən etibarən qarşılaşdığı çətinliklərə baxmayaraq, inadla irəliləyərək ötən il "Sabahın alimləri" müsabiqəsinin qalibi oldu. Ardınca isə ABŞ-də keçirilən və dünyanın ən nüfuzlu məktəblilərarası elmi yarışlarından biri sayılan ISEF (International Science and Engineering Fair) olimpiadasında Azərbaycanı uğurla təmsil edərək beynəlxalq miqyasda da parlaq nəticə göstərdi.
Bu uğurların davamı olaraq Xəzər ali təhsil istiqamətində də möhtəşəm nəticələrə imza atdı. Dünyanın TOP 10 universitetləri sırasında yer alan dörd aparıcı universitetdən – Columbia University, University of California Berkeley, University of Chicago və University College London – qəbul məktubu aldı.
Xəzərin seçimi isə xüsusilə diqqətəlayiqdir: o, University of California, Berkeley universitetində Data Science (Məlumat Elmləri) ixtisası üzrə təhsil alacaq. Bu sahə müasir dünyada yüksək tələbat görən və gələcəkdə bir çox sahələrin inkişafına yön verəcək istiqamətlərdən biridir. Onun bu seçimi, yalnız elmi potensialını deyil, həm də strateji baxışını əks etdirir.
Qeyd edək ki, Xəzər Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin sədr müavini İlhamə Hüseynovanın övladıdır.
1001info.az olaraq bu böyük nailiyyət münasibətilə Xəzərin ailəsini, müəllimlərini və onu dəstəkləyən hər kəsi səmimi-qəlbdən təbrik edir, Xəzərə isə qarşıdakı illərdə daha böyük elmi və şəxsi uğurlar arzulayırıq. Onun timsalında Azərbaycanın istedadlı gənclərinin dünyaya inteqrasiya etdiyi, beynəlxalq elmi arenada layiqli yer tutduğu bir daha sübut olunur.

Digər xəbərlər


