usd-1.7000 eur-1.8453 rub-1.9383
Bakı 10°C 6.1 m/s
Son xəbərlər
11-03-2025
08-03-2025
01-03-2025
25-02-2025
24-02-2025
23-02-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Gündə 4 min addım atmağın faydası

details

MARAQLI

24.02.2025, 02:13 Oxunub: 277

Gündə 4 min addım atmağın faydası

Araşdırmalar sübut edir ki, oturaq həyat tərzi hazırda dünyada dördüncü ən ümumi ölüm səbəbidir və hər il 3,2 milyon insanın ölümünə səbəb olur.

1001info.az xarici mediaya istinadən xəbər verir ki, bunun üçün gün ərzində çalışıb ayaqla gəzməli, hərəkətli həyat tərzi keçirməlisiniz. Mütəxəssislərin bildirdiyinə görə, gündə ən az dörd min addım atan insanların hər hansı səbəbdən ölmə riski əhəmiyyətli dərəcədə azalır.

Bu gün nəşr olunan və hər növ yerimənin (addım atmağın) sağlamlıq üçün çox əhəmiyyətli faktorlar olduğuna diqqət çəkən elmi araşdırmaya görə, 4 min addımın üzərində atılan hər min addımın ölüm riskini yüzdə 15 azaltdığı bildirilib. Bu cür insanlar ürək-damar (ürək, qan damarı, qan) xəstəlikləri ilə bağlı problemlərdən qorunur.

Bu onu göstərir ki, çox yüngül bir fəaliyyətdən başlayaraq sağlamlıq baxımından əhəmiyyətli nəticələr əldə etmək olar. Gəzintinin faydaları ilə bağlı indiyə qədər aparılan ən əhatəli tədqiqatlardan biri hesab edilən və "European Journal of Preventive Cardiology" tibbi jurnalında dərc edilən araşdırma meta-analiz (birdən çox elmi araşdırmanın nəticələrini birləşdirən statistik təhlil) kimi müəyyən edilmişdir. Gəzinti, yaşından, bölgəsindən və cinsindən asılı olmayaraq hər kəs üçün faydalıdır.

Polşanın Lodz Tibb Universitetinin kardiologiya fakültəsinin professoru Maciej Banaçın rəhbərlik etdiyi tədqiqatçılar qrupu, müxtəlif gündəlik addım saymalarının sağlamlığa təsirini qiymətləndirmək üçün orta hesabla yeddi il ərzində 226.889 nəfərin iştirak etdiyi 17 il əvvəlki araşdırmanın nəticələrini gözdən keçirdib. Qənaətə gəlinir ki, nə qədər çox gəzirsinizsə, bir o qədər sağlamlıq faydaları əldə edirsiniz, lakin gündə ən az 3967 addım atmaq hər hansı səbəbdən ölüm riskini azalda bilər.

Tək yerimək, hərəkətli gün keçirtməklə kifayətlənmək olmaz. Mütəxəssislər bildirir ki, qida rasionunuza da fikir verməlisiniz. Yağlı, zərərli qidalardan, fast-food-lardan uzaq olmalısınız. 

Digər xəbərlər