usd-1.7000 eur-1.9286 rub-2.0859
Bakı 20°C 6.82 m/s
Son xəbərlər
07-05-2025
06-05-2025
04-05-2025
02-05-2025
01-05-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

"Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət" kitabının Daşkənddə təqdimatı oldu

details

ƏDƏBİYYAT

07.05.2025, 13:54 Oxunub: 56

Özbəkistan Yazıçılar İttifaqında Azərbaycanın Xalq yazıçısı Elmira Axundovanın ölkəmizin Özbəkistandakı səfirliyinin və Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin birgə təşəbbüsü və dəstəyi ilə nəfis şəkildə özbək dilində çap olunan "Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət" kitabının təqdimat mərasimi keçirilib.

Azərbaycanın Özbəkistandakı səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) birgə layihəsi olan bu kitab Ümummilli lider Heydər Əliyevin və görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 101 illiyinə həsr edilib. Kitabı özbək dilinə alim və tərcüməçi Babaxan Məhəmməd Şərif çevirib.

Mərasimdə səfirliyimizin və AMM-in əməkdaşları, elm və mədəniyyət xadimləri, ziyalılar, şair və yazıçılar, ictimaiyyət nümayəndələri, soydaşlarımız, jurnalistlər iştirak ediblər.

Təqdimat mərasimində çıxış edən Babaxan Məhəmməd Şərif bu kitabın Ulu öndər Heydər Əliyevin şəxsiyyəti, ailə həyatı, fəaliyyəti haqqında misilsiz mənbə olduğunu diqqətə çatdırıb, tərcümə prosesindəki işindən danışıb.

Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev Elmira Axundovanın yaradıcılığı haqqında söhbət açıb: "Elmira Axundova Ulu öndər Heydər Əliyev və postsovet məkanının ən praqmatik siyasi xadimlərindən biri olan İlham Əliyev haqqında qələmə alınmış, tutarlı fakt və materialları özündə əks etdirən kitabların müəllifi kimi tanınır. "Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət" kitabında xalqımızın tarixində müstəsna yeri olan iki parlaq şəxsiyyətin - Zərifə və Heydər Əliyevlərin boya-başa çatdıqları ailələrindən, uşaqlıq və gənclik illərindən, həyatın bütün çətinliklərinə birgə sinə gərməyə kömək edən əbədiyaşar məhəbbətlərindən söhbət açılır".

Səfir deyib ki, bu qiymətli kitabda Ümummilli lider Heydər Əliyev və Zərifə xanım Əliyevanın həyatı, bu böyük şəxsiyyətlərin gəncliyi, onların ailə münasibətləri, həyatlarının ən yaddaqalan, sevincli məqamları haqqında məlumatlar, eləcə də bu ailəyə yaxın insanların xatirələri yer alıb.

Özbəkistan Yazıçılar İttifaqının "Cahan ədəbiyyatı" jurnalının baş redaktoru Əhmədcan Melibayev deyib ki, dünyaşöhrətli siyasi xadim Heydər Əliyevin ideyaları türkdilli dövlətlər arasında, xüsusən də bu ölkələrin mədəniyyət sahəsində əlaqələrinin inkişafında həmişə mühüm rol oynayıb.

O, Özbəkistan Yazıçılar İttifaqının təşəbbüsü ilə "Türk dövlətlərinin ədəbiyyat inciləri" adlı 100 cildlik kitabın çap olunduğunu, 16 cildin Azərbaycan ədəbiyyatına həsr edildiyini vurğulayıb.

Sonra o, Elmira Axundovanın Özbəkistan Yazıçılar İttifaqının fəxri üzvü seçildiyini bildirib, bu münasibətlə təbriklərini çatdırıb, üzvlük vəsiqəsini Elmira Axundovaya təqdim edib.

Filologiya elmləri doktoru, professor Nurbay Cabbarov, Özbəkistan Yazıçılar İttifaqının üzvü İsmat Kuçiyev, professor Cəmilə Şermuxammedova və başqaları çıxış edərək kitabın əhəmiyyətindən danışıblar.

Sonra Elmira Axundova "Zərifə və Heydər Əliyevlər. Əbədiyaşar məhəbbət" kitabı üzərindəki işindən söz açıb: "Daşkəndlə və onun sakinləri ilə tanışlığım XX əsrin 60-cı illərinin ortalarına gedib çıxır. O zaman atam məni -  məktəbli bir qızı Özbəkistanın paytaxtına gətirmişdi. Mən bu möcüzəvi paytaxtla tanış oldum və onun rahat, kölgəli küçələrinə, sərin sulu kanallarına, mehriban və açıq insanlarına sonsuz bir eşqlə vuruldum. Sonra isə 1966-cı ildə Daşkənddə qorxunc zəlzələ baş verdi və biz bütün ailə olaraq bu faciəni yaşadıq. İttifaqın digər respublikaları kimi Azərbaycan inşaatçıları da bu şəhərin bərpasında fəal iştirak etdilər.

Digər xəbərlər