usd-1.7000 eur-1.9741 rub-2.1739
Bakı 25°C 11.57 m/s
Son xəbərlər
25-06-2025
24-06-2025
21-06-2025
19-06-2025
18-06-2025
13-06-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Biz şərab içirik, sən xalq qanını, İnsaf et, hansımız daha qəddarıq? 

details

ƏDƏBİYYAT

28.11.2023, 12:58 Oxunub: 12956

1001info.az "Günün şeiri" rubrikasında ədəbiyyat tarixinin ən məşhur şairlərindən biri olan Ömər Xəyyamın yaradıcılığına yer ayırıb.

                        ***

Ey şəhər müftisi, səndən pərgarıq, 
Bunca sərxoşluqla səndən huşyarıq. 
Biz şərab içirik, sən xalq qanını, 
İnsaf et, hansımız daha qəddarıq? 

Dünya - ömrümüzdən keçən bir andır, 
Ceyhun - gözümüzdən axan leysandır; 
Cəhənnəm - boş əməl qığılcımıdır, 
Cənnətsə xoş keçən rahat zamandır. 

Şad ol, ömrü vurma kədərlə daşa, 
Bu zalım dünyada sən adil yaşa. 
İndi ki, dünyanın sonu yoxluqdur, 
Zənn et yoxsan, ömrü azad vur başa. 

Əlimdə olsaydı əgər iqtidar 
Bu köhnə fələyi kökündən yıxar, 
Təzədən elə bir fələk qurardım 
Ki, hər kəs yaşardı azad, bəxtiyar. 

Ey fələk, xəsisə izzət verirsən, 
Ev, hamam, dəyirman - sərvət verirsən, 
Sənin tək fələyə tüpürmək gərək; 
Azad insanlara zillət verirsən. 

Ulduzla doludur bu böyük eyvan, 
Onlara çox ağıl qalmışdır heyran 
Ağıl kələfini itirmə əsla! 
Kainat özü də qalıb sərgədan.

Digər xəbərlər