usd-1.7000 eur-1.8896 rub-0.0193
Bakı 22°C 3.03 m/s
Son xəbərlər
04-09-2024
30-08-2024
29-08-2024
21-08-2024
16-08-2024
11-08-2024
14-07-2024
10-07-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Bu gün yazıçı-dramaturq Hüseynbala Mirələmovun doğum günüdür

details

ƏDƏBİYYAT

25.06.2024, 14:02 Oxunub: 722

Bu gün tanınmış yazıçı-dramaturq, müasir Azərbaycan ədəbiyyatının ən parlaq, ən məhsuldar simalarından biri olan Hüseynbala Mirələmovun doğum günüdür.

Xatırladaq ki, Hüseynala Mirələmov 1945-ci il iyunun 25-də Lerik rayonunun Nuravud kəndində anadan olmuşdur. Azərbaycan Politexnik İnstitutunun Sənaye və mülki tikinti fakültəsini bitirmişdir. Texnika elmləri doktoru, professordur. Azərbaycan Mühəndislər Akademiyasının müxbir üzvüdür. Rusiya Mədən Akademiyasının üzvüdür. Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvüdür. Çoxsaylı elmi və bədii əsərlərin müəllifidir. «Qızıl kəlmə», «Qızıl qələm», «Qızıl dərviş», «Qızıl buta», «Abdulla Şaiq» və «Rəsul Rza», Rusiyanın «Юрий Долгорукий», N.Kosıgin mükafatları, akademik Həsən Əliyev adına beynəlxalq mükafat laureatıdır. Fransa Sənayeçilər Assosiasiyasının «Napoleon» qızıl medalı ilə təltif edilmiş, MDB ölkələri üzrə 8 dəfə «İlin direktoru» adına layiq görülmüşdür. Rus dilini bilir. 1965-ci ildən «Azərbaycan pioneri» qəzeti redaksiyasının baş ədəbi işçisi olmuşdur. 1971-ci ildən Azərbaycan Qazlaşdırma Komitəsinin 4 saylı Qaz tikinti-quraşdırma idarəsində iş icraçısı, baş mühəndis və rəis işləmişdir. 1986-cı ildən «Azərqaztəmirtikinti» Trestinin rəisi, 1988-ci ildən Maye Qaz İstehsalat Birliyinin rəisi, 1989-cu ildən Azərbaycan Dövlət Yanacaq Komitəsi sədrinin birinci müavini vəzifələrində çalışmışdır. 1996-cı ildən «Bakqaz» İstehsalat İdarəsi rəisinin müavini, 1998-ci ildən Azərbaycan Qaz Emalı Açıq Səhmdar Cəmiyyətinin sədri olmuşdur. O, üç dəfə - 2005, 2010 və 2015-ci illərdə 33 saylı Xətai birinci seçki dairəsindən III, IV və V çağırış Milli Məclisə deputat seçilib. "Şöhrət" ordeni ilə təltif edilib.Uzun illər Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü,  Azərbaycan–Küveyt parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Litva, Rusiya, Serbiya, Türkiyə, Yunanıstan parlamentləri ilə əlaqələr üzrə işçi qruplarının üzvü olub. 

Bədii, publisistik və elmi əsərləri ilə təkcə Azərbaycan Respublikasında deyil, ölkə hüdudlarından kənarda da yetərincə tanınan Hüseynbala Mirələmov müasir Azərbaycan ədəbiyyatının ən çox sevilən, çap olunan və oxucu rəğbətini qazanan nümayəndələrindəndir. Nəsr əsərləri, teatrlarımızda uğurla tamaşaya qoyulan, səhnələşdirilən dramları, siyasi publisistikamızın gözəl nümunələri olan kitabları yazıçının bədii imkanlarının nə qədər geniş olduğunu göstərməklə yanaşı, həm də onun vətəndaş mövqeyini əyani şəkildə nümayiş etdirir.

1001info.az olaraq dəyərli ziyalı, ictimai xadim Hüseynbala Mirələmovu ürəkdən təbrik edir, möhkəm can sağlığı, xoşbəxt ömür arzulayırıq. 
 

Digər xəbərlər