ŞƏHİDLƏR -Qazilər
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
DÜNYA SƏNİN OLSAYDI... olsaydı əgər...
ƏDƏBİYYAT
11.06.2024, 12:37 Oxunub: 2272DÜNYA SƏNİN OLSAYDI... olsaydı əgər...
Əbədi deyil nə bu damlar, nə də saraylar,
Hərdənbir yerə baxsın göynən gedən adamlar – Z. Yaqub
Çoxlarına məlum olan , məlum olsa da düşündürən, qayğılar içində üzdüyümüz bu boz- qara mühitdə ehtiyac düyduğumuz yeganə təsəlli, bəlkə də xülya və “Gümanlar içində itən haqlarımız”...
Mən haqqı itirdim güman içində- B. Vahabzadə
Dünya Sənin olsaydı, Sənin olsaydə əgər... nə edərdin, maraqlı məntiqdir deyilmi, həm də fəlsəfi. Nələr yatmır bu balaca sualın- düşüncənin içərisində, əslində İnsan elə bir yaşın, çağın içərisində ola bilər ki, belə bir sualı verməz, çünki bir sıra istisna hallarda verməyə bilmirsən bu sualı. Haradan gəlib haraya getdiyi bilinməyən bu dünya özü bir tapmaca, bir müəmma, özü boyda nağıllara bənzər əfsanədir. Ancaq unutmayaq ki, əfsanə, elə nağılları da yaradan xalqdır, elə bizlərik.
Əfsanələrə- rəvayətlərə görə dildə- ağızda dolaşaraq bu günümüzə gəlib çatan məhəbbət əfsanəsinin ən gözəlindən olan qədim Şərq ədəbiyyatının incisi sayılan Şeyx Nizaminin “Xosrov və Şirin” adlı məhəbbət dastanı və bu poemanın Azərbaycanın Ulu şairi Səməd Vurğun tərəfindən şirin Türk dilinə şirincə də tərcüməsi... Və yenə də bu ülvi duyğulara söykənən məhəbbət- sevda dastanları , bu əsərlər kimləri desən könül- qəlb duyğularının çox aşiqlərini heyran edib.
Və bizlərin bu günlər elə məhəbbət və ehtiramla da yad etdiyi N. Gəncəvidən tutmuş M. Füzuli adlı dəli sevdamızdan, divanəmizdən belə Şərqin incisi sayılıb bu aşiq- məşuq dastanı- əfsanələri.
Nizaminin “Xosrov və Şirin”, Ə. Dəhləvi “Fərhadnamı”, A. Ərdəbili “Şirin və Xosrov”, Ə. Nəvai “Fərhad və Şirin” və s kimi Ustadların yaradıcı prizmasından baxsaq Xosrov, Şirin, Fərhad adları əfsanələr içində əfsanə olub və ədalətli hökmdar obrazları yaratmaq istəyi, həm də zamanın fövqündə sadə, mərd Fərhad dayanır, xalq üçün- camaat üçün yanan ürəklər Fərhad obrazını daha da qabarıq göstərmək arzusu da təbii ki, qəbul edilən və anlaşılandır. Bir amili də qeyd edim ki, Azərbaycanın görkəmli bəstəkarı, Sosialist Əməyi Qəhrəmanı Arif Məlikovun “Məhəbbət əfsanəsi”baleti özü də Fərhad- Şirin- Xosrov üçlüyünə həsr olunmuş dünya şöhrətli bir əsərdir. Sonralar bu gözəl sənət incisinə Türkiyə- Azərbaycanfilmin birgə istehsalı olan film də əlavə olundu.
Əfsanəyə görə belə nəql edirlər ki, bir gün Xosrov öz eqosundan – hökmdarlığından qürrələnərək dağlar yaran, , qayalar çapan Fərhadı yanına çağıraraq Şirin üçün süd arxı çəkməsini istəyir. Fərhadın Şirinə aşiqliyini, dəli sevdasını bilən məkrli Xosrov igid- mərd Fərhada qalib gəlmək üçün hiylə torları düşünür. Bu dünyadan- Şirin adlı gözəldən başqa heç bir təmənnası olmayan Gözəl Fərhad yollara düşür. Və Şah görür ki, süd arxı çəkən İgid Fərhadın görüşünə gedən Şirin və Şirinin Fərhada olan aşiqanə münasibətini qəbul edə bilməyən Sasanı hökmdarı hiylə yolları axtarmağa başlayır. Nəhayət müdrik Qocaları yanına çağırır, Filosoflar onların hər ikisinin məhəbbət ölçüsünü, qədərini, sədaqətini yoxlamaq qərarı ilə Şaha və Fərhada belə bir sual ünvanlayırlar: Dünya Sənin olsaydı nə edərdin... İlkin olaraq cavab Xosrovdan gəlir, təbii Şahlara layiq- təmənnalı və iddialı, “Dünya Mənim Olsaydı... Mən Onu Gözəl Şirinin ayaqları altına atardım ( indiki zamanda olsaydı qızlar Xosrov üçün əldən- ayaqdan gedərdilər), təkəbbürlü, iddialı, təmənnalı, yerə- göyə sığmayan Şah- hökmdara məxsus fars eqosu... və əla, çoxları düşünə bilər ki, əla.
Fərhada da verilir bu sual və cavab olduqca aydın, işıqlı, səmimi məhəbbət təmənna və iddia tanımaz: Dünya Sənin olsaydı... Fərhadın cavabı məniviyyat- gözəlliklər aşiqi olan Aləm üçün çox ibrətamizdir... Dünya Mənim olsaydı Mən ordan ancaq Şirini götürərdim !
Və nöqtələr... yenə də bu üç nöqtə... bu yaşanmış həqiqətəbənzər əfsanə elə Xosrovun hiyləsi ilə də Fərhad məhv olur. Lakin məlum, mərdin adı elə mərd qalır, Hörmüz Oğlu Fərhad kimi !
P. S. Bu sual çoxlarına məlumdu, fatehlər cavab düşünmədən fəth etmişlər. Dünya Fatehi Makedoniyalı İsgəndər yaxud Qərbin adlandırdığı Aleksandr Makedonski- üzun uzadı fəthlərin sonunda dirilik suyu axtarışı ilə yollara düşür. Və Zəmzəm suyuna çatmadan dünyasını dəyişir, Qordon düyününü doğrayaraq fəth edən bu Böyük Fateh gəlimli- gedimli dünyanın sirrini aça bilmir ki, bilmir. Sonda əlləri tabutdan çıxan Makedoniyalı İsgəndərin ovcuna müdriklərin məsləhəti ilə torpaq qoyulur. Kimlər bu dünyadan doydu ki, kimlər bu dünyadan dərs aldı ki...O da ki, ola İnsan Oğlu.
Bu dünyada qalacaq, yaşayacaq bir amil var, o da İnsanlıq. İnsan Olaq !
Maraqlı, maraqlı olduğu qədər də düşündürücü, “dünya Sənin olsaydı, olsaydı əgər... sözsüz ziyalılar, ictimai- siyasi şərhçilər, maarif- təhsil insanları ... sadədən mürəkkəbə, mürəkkəbdən sadəyə uşaqlı- böyüklü verilə bilər bu sual, yaxud düşündürə bilər. Körpəni də, qocanı da, gənci də düşündürə bilər, “Dünya Sənin olsaydı”... Elə bu günkü qovğalar, müharibələr hamısı dünya Mənim olmalı- bu iddia üzərindədir. Çox ehtimal ki, böyük əksəriyyət var- dövlət, ad- san , vəzifə kürsüsü, yəni təmənna dolu “lüks” həyat istərdilər...
Yox, gəlin bu sadə sualı dünya- dövlətlər üzərində müşahidə edək. Amerika, Fransa, istərsə də digər Qərb dövlətləri – Avropa xaç dünyası, istər Şərq müsəlman aləmi – birinci olmaq ehtirası, “demokratiya” adı altında Şərq müsəlman aləminə, türk- müsəlman dünyasına xaç yürüşləri, daim özlərinin haqlı olduğunu iddia etmək, Şərq sivilizasiyasını demək olar ki, yerlə- yeksan edən- məs. İraqın timsalında dağıtmaq, məhv etmək, qiymətli nə varsa oğurlayıb aparmaq. Türk- müsəlman dövlətlərinə, məs Azərbaycan erməni münaqişəsi- müharibəsi, nədəndir ki, elə ancaq xaçlı dünyasına qəhmar çıxmaq. Dünya ağalığı və böyük dövlətlərin müharibə ehtirasları, Rusiya- Ukrayna müharibəsi və dünya güc dövlətləri Rüs imperiyasını məhv etmək naminə Ukrayna kimi gözəlliklər diyarını- ukrain xalqını güdaza vermək ... məhv edilmiş Ukrayna, məhv edilmiş, Avropaya üz tutan, pərən- pərən olmuş ukrain xalqı, xarabazara çevrilmiş Ukrayna... məqsəd belə alçaq yollarla Rusiyanı sanksiyalarla çökdürmək, yenədə dünyaya meydan oxumaq, yəni dünya ağalığı. Yenədə başda Amerika, Avropa- Qərb dünyası olmalı.
Lakin o da məlum ki, Rusiya məhv olmadı, əvəzində Ukrain xalqının taleyi ilə “Şah- Mat” oyunu oynanıldı.
Və sual yenidən doğur, “dünya sənin olsaydı”... demə buymuş demokratiya, sivil, qədim bir xalqı məhv etmək, şam- şum edilmiş torpaqlar, dünyası alt- üst edilmiş insanlar, minilliklərdən gələn qədim Kiyev Rus dövlətinin bütün maddi- mənəvi sərvətini, izlərini silmək, sivilizasiyanın sonunu yaxınlaşdırmaq, bir- birini nüvə- atomla hədələmək...
Bumu demokratiya... yenə də dünyaya yiyələnmək ehtirası. Doğurdanmı bütün bunlar daha gözəl yaşamaq ruhuna söykənir, bəs milyonların ahları üzərinə dünya qurulurmu görən !?. .
Necə İnsanlarıq biz, yəni İnsanıqmı...
Lap elə bu yerdəcə yadıma düşən nədir, bilirsinizmi... “ nağıl danışma, qoyun bərəni aşdı”. Və yenə də”Ah Mənim korlar ölkəsində ayna satan qəlbim- Sezai Karakoç”. Bu korluğa tutulmuş xəstə ruhlu insanlara mənəviyyat öyrətməyinə dəyərmi...
MƏLAHƏT İSMAYILQIZI
Publisist, tədqiqatçı, yazar