usd-1.7000 eur-1.7426 rub-1.6534
Bakı 6°C 10.68 m/s
Son xəbərlər
12-01-2025
11-01-2025
10-01-2025
09-01-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Əgər Allah-təala sənə vergi vermiyibsə,  yazma, veribsə, yaz... - Hacı Qəni Camalzadə 

details

ƏDƏBİYYAT

18.12.2024, 15:29 Oxunub: 2119

Bu gün belə adını tez-tez eşitdiyimiz müəlliflər, kitablar var ki, on ildən sonra onları tanıyan olmayacaq. Tək-tək müəlliflər, adlar  qalacaq...- Hacı Qəni Camalzadə

1001info.az “ Yazarlar” rubrikasında oxucu marağını nəzərə alaraq  son illər yazılan bir çox uğurlu roman müəllifi Hacı Qəni Camalzadə ilə müsahibəni təqdim edir.

 

- Yazıçı- publisist, tarixi  romanların və çoxsaylı hekayələrin müəllifi, Qarabağ müharibəsi iştirakçısı Hacı  Qəni Camalzadə...

- Bəzən nədənsə danışırsan dediklərin qalır bir yanda soruşurlar ki, hardansan? Sanki bunun burda  danışılanlara hansısa bir aidiyyəti var? Hər dəfə yada düşdükcə təəccüblənirsən… İndi xatırlayıram -  17-18 yaşım olardı. Keçib düz baş redaktorların yanına gedirdim. Beləcə, ilk dəfə çəkinmədən Seyfəddin Dağlının kabinetinə daxil olduğum yadımdadır. İçəri girib dedim: - Gəlmək olar? Baxdı ki, arıq, çəlimsiz bir oğlanam. Dedi: -  Nə istəyirsən, bala? Dedim: - Hekayə gətirmişəm.  Nurani bir insan idi, ağ saçları vardı. Yanımdaca oxudu. “Gələn nömrədə verəcəm, “- dedi. Amma heç soruşmadı ki, neçə yaşım var, hardanam, harda yaşayıram?  Bircə onu soruşdu ki, nə ilə məşğulam. “Tələbəyəm”,- dedim. Vəssəlam. “ Adət “ hekayəm beləcə dərc olundu. “ Heç nə itmir” hekayəm  isə “Ədəbiyyat və incəsənət” qəzetində dərc olundu.  İllər keçib, amma hələ də o qənaətdəyəm ki, doğrudan da heç nə itmir...

Tələbəykən Yavər Əsədzadə ilə dərnəyə gedirdik. Yavər Əsədzadə də karikaturaçı idi.  Əlimdə bükülmüş bir kağız vardı. Bildi ki, hekayədir. Alıb oxudu, “Gedək,  bunu verək “Ədəbiyyat”a”, - dedi.  Apardı məni Sirus Təbrizlinin yanına. Doğrusu, Sirus ilk baxışdan kobud, özündənrazı insan təsiri bağışlayırdı. Qayıtdı ki,  yenə təzə bir  “Nobel” mükafatçısını  gətirmisən? Doğrusu, bu söz heç xoşuma gəlmədi.  Yavər təkidlə dedi ki, Sirus müəlliim. siz bir oxuyun. O da alıb kənardakı yazılar toplanan yeşiyə atdı. 3-4 gün keçəndən sonra dözmədim,  dedim gedib mən də bir acı söz deyim…

Görən kimi dedi nə lazımdır? Dedim mənəm, Qəni Camal. Qalxıb ayağa dedi səni təbrik edirəm, çox gözəl hekayədir. Oxumamısan? Dedim nəyi? Dedi qəzetdə çıxıb hekayən. Sən böyük yazıçısan. Gəzdirdi məni bütün redaksiyada, hamıyla tanış etdi ki, baxın Qəni Camalzadə bu uşaqdır. O vaxt Yusif Əzimzadə idi baş redaktor. Sonra məni onun otağına aparıb tanış etdi. Beləcə, birinci hekayəm çox uğurlu alındı.

- Sizin ilk oxucunuz kim oldu? Kim Sizi yazmağa həvəsləndirdi ?

- Mən 5 yaşımda getmişəm məktəbə. Həvəsliydim, əlifbanı da bilirdim. 3-cü sinfə keçəndə müəllimim bir kitab verdi mənə, dedi tətildə bunu oxumayıb gəlsən qulaqlarını dartacam.  Hündür boyluydu  müəllim, sanki adamın üstünə qaya kimi əyilirdi. Köhnə kiril əlifbasında olan kitabın üzərində yadımdadır ki, bir qız şəkli  vardı, əlində də çətir. Mənə dedi ki, bu kitabın müəllifinin adını yaxşı yadında saxla. Bunun yaxşı uşaq hekayələri var. Dedim o, adamdır? Əlbəttə, -dedi. Soruşdum ki,  adamlar kitab yaza bilirlər ? Dedi ki, yazırlar. Bizim o vaxt fikrimizdə kitab ancaq Qurani-Kərim idi. Həmişə də evdə deyirdilər ona əl vurma. Dedim mən də kitab yaza bilərəm? Yaza bilərsən, amma çoxlu oxumalısan, - dedi. Beləcə  başladı oxumaq, mütaliə… Ailəmizdə savadlı adamlar vardı. Mən  Molla Camalın nəvəsiyəm. O, bütün həyatı boyu Quran oxuyub, kimisə dəfn etdiyinə görə bir qəpik də almayıb. Hamısını ürəkdən, havayı edib. Quranı oxuyardı, sonra da gedib xışdan yapışıb özü üçün tarlanı əkərdi. Belə bir insan idi.

 

- Belə bir ailədən çıxmısız və özünüz də inanclı bir insan kimi tanınırsınız. Həcc ziyarətində olmusunuz və bu günümüz  üçün müzakirələrə  yol açan "Şeytana daş atanlar" romanını qələmə almısınız. Bu romanın əsas qayəsi, fəlsəfəsi nədən ibarətdir?

- Mən bir-neçə dəfə Həcc ziyarətinə getmək istəmişəm. Müxtəlif səbəblərdən alınmayıb. 92-ci ildə ilk dəfə getmək istəyəndə məni müharibəyə apardılar. O dönəmdə Moskvaya gedib səfirliyə müraciət etməklə getmək olurdu. Ətrafımda inanclı adamlar vardı, birlikdə getmək istəyirdik. İlyarım müharibədə oldum və kantuziya alıb qayıtdım.Vəziyyətim bir az ağır idi. Beş-altı il əlimə qələm ala bilmədim. Əllərim  əsirdi, canımla əlləşirdim. Uşaqlar da balacaydılar... 97-98-ci illərdə bir də təklif elədilər. Onda artıq hardansa icazə almağa ehtiyac yox idi. Müstəqil Azərbaycan var idi. Amma onda da maddi imkanım o deyildi. Düşündüm ki, gərək evdə ehtiyat pul qoyasan, bir hadisə olsa, uşaqlarım məndən sonra heç olmasa, bir müddət dolana bilsinlər. Dostlarım  əl çəkməsələr də, düşündüm ki, bu vəziyyədə heç cürə gedə bilməyəcəm...

İllər sonra başıma bir iş gəldi və elə bilin mən təzədən doğuldum. Onda düşündüm ki,  həcc mənə artıq vacibdir və mən getdim. Bu inam, inanc məsələsidir. Gedərkən yolda çox maraqlı və bəzən də ağrılı müşahidələrim oldu. Mən bir hissəsini yazdım, böyük bir hissəsini necə yazacağımı fikirləşdim...  Bir şey deyim, bizim açıq yataq səhnələri yazılmış  kitablarımız yoxdur. Kənardan oxuyuruq, Avropa, xüsusən Fransız ədəbiyyatından ... Amma bəzən düşünəndə ki, bunları biz də yaşamışıq, biz də yaza bilərdik, onda belə bir sual ortaya çıxır ki, mən bunu kimin üçün yazıram? Bu sual qarşına çıxırsa, demək sənin oxucun yoxdur... Əslində oxucun var. Sadəcə gözləyirik ki, bu səddi birinci kim adlayacaq? Qoy birinci o pozsun, sonra mən. Ondan sonra baxaram ki, yazmaq olar, ya yox...  Əlbəttə, mən gənclik illərimdən danışıram. İndi qarşımda tamam başqa məsələlər dayanır, daha böyük məsələlər... Məsələn, təhsil sistemimiz elə yerə gəlib ki, cavanlarımız kitab da oxumurlar. Bu, böyük bir bədbəxtçilikdir. Sanki nəsillərdən nəsillərə ötürülmə prosesi dayanıb. Sovet dövründə yazılan bir çox əsəri oxuyan yoxdu.  Oxusalar da, onlardan nəsə əxz eləmək mümkün deyil. Tək-tək ədəbi nümunələri çıxmaq şərtilə. Hazırda bu sahədə bir boşluq var. Yəni nəsillərdən nəsillərə keçid olmalıydı,  o da yoxdur. Nə mənəvi cəhətdən keçid var, nə yazı cəhətdən, nə də üslüb...

Mənim düşüncəmə görə yazıçı gördüyünü yazırsa o yazıçı deyil.Yazıçı əgər onu təxəyyülündən keçirə bilmirsə, ona necə yazıçı deyək? Fikir verirsinizsə, son illər onlarla tarixi roman yazılıb. Hətta bizim ən hörmət etdiyimiz  yazıçının da yazdığı romanı qaldırırsan və dərhal bilirsən ki, mənasız bir şey oxuyursan. Çünki o cür yazmaq olmaz. Məsələn, Şah İsmayıl Xətai haqqında o cür yazılmamalıdır. Əzizə Cəfərzadənin “Aləmdə səsim var mənim”  kitabı bizim ürəyimizə təsir edən yazılardandır. Amma keçmişimizə münasibətdə yeni yanaşma olmalıdır. Əgər təxəyyül yoxdursa, bunu etmək mümkün olmayacaq. Mənim “Şeytana daş atanlar” romanımın böyük bir hissəsi  də  təxəyyülün məhsuludur. Markesin “Yüz ilin tənhalığı”ı  və  yaxud “Patriarxın payızı” kimi... Ordakı hadisələrin əksəriyyəti, təbii ki, onun təxəyyülünün məhsuludur. Həyatda elə şeylər baş vermir axı.  Sanki onun təxəyyülü ilə həyat bir-birinə qovuşub.  Bəzən onun təxəyyülünün gördüyü iş həyatdan da qüdrətlii və gözəldir...

“Şeytana daş atanlar”da mənim qarşımda bir neçə məsələ dayanırdı -inanclı adamları göstərmək... Orda yüzlərlə, minlərlə insana baxırdım və düşünürdüm ki, sən atdığın daşın səsini necə eşidə bilərsən ? Deyirdim ki, bu, yəqin mümkün deyil. Orda bir inanclı axund var idi, neçə dəfə gedib-gəlmişdi ziyarətə. O mənə dedi ki, sən eşidəcəksən, öz atdığın daşın səsini eşidəcəksən. Dedi gedəndə görəcəksən. Təsəvvür edin ki, hər tərəfdən səni sıxırlar və sən doqquz daşı tutmusan əlində, ehtiyat üçün cibinə də qoymusan . Mən daşı qaldıranda bir anlıq ətrafdakı bütün səslər kəsildi. Elə bildim mən yeganə insanam, daş əlimdə divarla  üzbəüz dayanmışam. Atdım və çıqqıltısını eşitdim. Eşdəndən sonra yenə bütün səslər peyda oldu.  İkinci daşı atanda onu eşitmədim. Sonra yenə ziyarətə getdim. Amma o daşın səsini daha eşitmədim. İnanclı insanların əksəriyyəti bunu keçib. Amma kitabda təkcə inanclı insanları göstərə bilməzdim. Başqalarının da obrazını romana gətirdim. Bu mövzuda təmsil, yol qeydləri, publisistik yazılar  yazılıb, amma Azərbaycanda həcc ziyarəti haqqında roman yazılmamışdı. Mən bu romanla Həcc ziyarətinin fəlsəfəsini ortaya qoydum. Zərdüştdən soruşurlar ki, atəşpərəstlər niyə sənə sitayiş edirlər. Deyir atəşpərəstlər o oda ki,  sitayiş edirlər,  o mənim qəlbimdə yanır. Onlar qəlbimdə yanan oda sitayiş edirlər, mənə yox.

20241208_153922.jpg

- Deyirlər insanın dünyaya gəlişi ilə alın yazısı da yazılmış olur. Yazıçılıq alın yazısı - tale işidir?

- Tez-tez məktəblərdə, mədəniyyət mərkəzlərində görüşlərim olur. Onlara dediyimi Sizə də deyirəm. 20-30-50  kitab oxuyandan sonra