usd-1.7000 eur-1.8866 rub-0.0189
Bakı 22°C 0.67 m/s
Son xəbərlər
15-09-2024
08-09-2024
04-09-2024
30-08-2024
29-08-2024
21-08-2024
16-08-2024
11-08-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Elnarə Akimovanın seçicilərlə görüşü keçirilib

details

CƏMİYYƏT

16.08.2024, 22:49 Oxunub: 1056

YAP yeni uğurlara imza atır

2024-cü il sentyabrın 1-də Azərbaycan Respublikası Milli Məclisinə keçiriləcək növbədənkənar seçkilərin təbliğat-təşviqat mərhələsi çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) tərəfindən 46 saylı Sumqayıt beşinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Elnarə Akimovanın Sumqayıt şəhər Nəriman Nərimanov adına Mədəniyyət Mərkəzində gənc seçicilərlə görüşü keçirilib.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü və uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.

Görüşdə YAP Sumqayıt şəhər təşkilatının sədr müavini Cavid Məmiyev bildirib ki, bu gün ölkənin hərtərəfli inkişafı naminə həyata keçirilən siyasətin dəstəklənməsində Azərbaycan gəncləri birmənalı şəkildə öz mövqelərini ortaya qoyurlar. Çünki bu illər ərzində YAP Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi xəttə uyğun olaraq partiya sıralarında və ölkəmizin ictimai həyatında da gənclərin geniş şəkildə iştirak etməsi üçün bütün imkanları yaratmağa çalışıb. O bildirib ki, YAP-ın gücü, siyasi təşkilatlanma parametrləri, birlik, monolitlik, vahid güc halında birləşmək imkanlarına malik olması öz növbəsində partiyamızın qarşıdan gələn parlament seçkilərində iştirakının və qələbəsinin əsasında dayanır.

Görüşdə çıxış edən deputatlığa namizəd Elnarə Akimova ölkəmizin çox mühüm bir siyasi kampaniya, parlament seçkiləri ərəfəsində olduğunu bildirib, həyata keçirilən dövlət gənclər siyasəti və bu siyasətin sayəsində yaradılan münbit şəraitdən, Azərbaycanın bu illər ərzində qazandığı uğurlardan bəhs edərək, gəncləri düzgün seçim etməyə, gələcəyimiz naminə ən layiqli namizədə, partiyamızın namizədlərinə səs verməyə çağırıb.

Çıxış edən gənclər Yeni Azərbaycan Partiyasının siyasi xəttini dəstəkləyərək deputatlığa namizəd Elnarə Akimovaya səs verəcəklərini bildiriblər.

Daha sonra deputatlığa namizəd E.Akimovanın Sumqayıt şəhər H.Zeynalabdin qəsəbəsinin Səttar Bəhlulzadə və Dənizçilər küçələrində yaşşayan seçicilərlə görüşü keçirilib.

Digər xəbərlər