USD-1.7 EUR-1.8451 RUB-0.0184
Bakı 3°C 2.29 m/s
Son xəbərlər
26-02-2024
25-02-2024
24-02-2024
23-02-2024
21-02-2024
20-02-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Erməni işğalının Şuşada yarımçıq qoyduğu mədəni tədbirlər bərpa olundu... - Zöhrə Fərəcova yazır

details

GÜNDƏM, MƏDƏNİYYƏT

06.11.2023, 16:12 Oxunub: 590

            Mədəni ruhu özünə qayıdan şəhər

Üç il qabaq - 2020-ci ilin 8 noyabrında qəhrəman Azərbaycan Ordusu Şuşaya zəfər gətirdi. Düşmənin silahlı qüvvələrinin məğlub edilərək qovulduğu gündən üzü gülməyə başladı bu tarixi şəhərimizin. O gün ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev qətiyyətlə dedi: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!" Bu, Prezidentin, Ali Baş Komandanın bütün Azərbaycan xalqı adından Şuşaya verdiyi gözaydınlığı idi. Və bu qədim Şuşanın yeni dövrünün başlanğıcı oldu.

 

Erməni işğalının Şuşada yarımçıq qoyduğu mədəni tədbirlər bərpa olundu

 

İşğalçı ermənilərin otuz ilə yaxın müddətdə xarabalığa çevirdiyi ərazilərimizdə böyük zəfərimizdən dərhal sonra genişmiqyaslı və sürətli tikinti-bərpa, quruculuq işlərinə başlanıldı.
Erməni vandalları işğal müddətində qədim Şuşanın tarixini saxtalaşdırmağa çalışmışdılar. Muzeylərini qarət etmiş, Azərbaycan xalqı üçün mənəvi dəyəri, tarixi əhəmiyyəti böyük olan əşyaları daşıyıb aparmışdılar.
Qələbədən sonra Şərqi Zəngəzurun, Qarabağın əksər yaşayış məskənləri kimi Şuşada da quruculuq işlərinə start verildi. 
Hələ  2020-ci ilin 8 noyabrında Prezident İlham Əliyev Şuşanın azad edilməsi münasibətilə xalqa müraciətində  Qarabağın tacı olan bu şəhərin tezliklə dirçəldiləcəyini, özünün əvvəlki şöhrətini qaytaracağını söyləmişdi.
Təcavüzkar ermənilərin işğalına məruz qalmadığı gözəl illərində bu şəhər bir sıra silsilə beynəlxalq tədbirlərin keçirildiyi məkan idi. Onlardan biri  "Xarıbülbül" Musiqi Festivalı idi. Festival məşhur xanəndə Seyid Şuşinskinin 100 illik yubileyi ilə əlaqədar 1989-cu ildən keçirilməyə başlandı. Həmin ilin mayında, Şuşada xarıbülbülün çiçəklənmə dövründə təşkil olunan ilk "Xarıbülbül" Musiqi Festivalında 100-ə yaxın insan iştirak etdi. Tədbirə yerli ifaçılarla yanaşı, Qırğızıstan, Qazaxıstan, Başqırdıstan, Litva və Belarusdan da musiqi qrupları qatıldı. Cıdır düzü meydançasında tikilən 7 məkanda konsertlər verildi. "Qarabağ şikəstəsi" muğamı ilə açılan festival əsl bayram  ab-havası yaratdı.
1990-cı ildə "Xarıbülbül" Musiqi Festivalı beynəlxalq status aldı. Sonrakı illərdə tədbir Yaponiya, ABŞ, Türkiyə, Almaniya, İsrail, Hollandiya, İtaliya, İspaniya, Avstriya, Əfqanıstan kimi ölkələrin və SSRİ-nin müttəfiq  respublikalarının iştirakı ilə düzənləndi. Beynəlxalq statuslu festival yalnız Azərbaycanda deyil, SSRİ-də mühüm mədəniyyət tədbirlərindən sayılırdı.
"Xarıbülbül" Musiqi Festivalı üçüncü dəfə 1991-ci ildə keçirildi. Festivalda  25 ölkədən təxminən 300 nəfər iştirak etdi.
1992-ci il mayın 15-də dördüncü "Xarıbülbül" Musiqi Festivalına start verilməli idi. Ancaq qəsbkar ermənilərin işğalı nəticəsində həmin il "Xarıbülbül" Musiqi Festivalı keçirilmədi.
Ənənəyə çevrilmiş daha bir tədbir - Vaqif Poeziya Günləri də Ermənistanın işğalı səbəbindən Şuşada yarımçıq qaldı. 
Görkəmli şair Molla Pənah Vaqifin muzey-məqbərə kompleksinin tikintisinə 1977-ci ildə memar A.V.Salamzadə və E.İ.Kanukovun layihəsi əsasında başlanılıb. Vaqifin məqbərəsinin və Şuşada Poeziya Evinin təntənəli açılış mərasimi 1982-ci il yanvarın 14-də təşkil olunub. Azərbaycanın ozamankı rəhbəri Heydər Əliyev mərasimdə iştirak edib. Açılış mərasiminə istedadlı sənət adamları toplaşıb. O gündən Şuşada həmin tarix milli mədəniyyət və sənət bayramına çevrilib.
Bu beynəlxalq tədbir təkcə Azərbaycanda deyil, SSRİ-də mühüm mədəniyyət hadisələrindən biri hesab olunurdu. Vaqif Poeziya Günləri ənənəvi olaraq avqust ayında şairin vətəni Qazaxdan başlayıb Şuşada başa çatırdı. Tədbir çərçivəsində şeir gecələri, konsertlər təşkil edilirdi.
Vaqif Poeziya Günləri də 1992-ci ilə, Şuşa şəhərini erməni quldurları işğal edənədək davam etdi. Qəsbkarlar Şuşadakı bütün milli-mənəvi, dini və tarixi-memarlıq abidələrimizi qarət etdilər, uçurub dağıtdılar. O cümlədən də Molla Pənah Vaqifin məqbərəsi erməni vandalizminə məruz qaldı.

 

Azərbaycan tarixində xüsusi yeri olan qala şəhəri

 

Prezident İlham Əliyevin 2020-ci ilin 8 noyabrında Azərbaycan xalqına müraciətində bildirdiyi kimi, Şuşanın Azərbaycan tarixində xüsusi yeri vardır: "Bu, bizim qədim, tarixi şəhərimizdir. Əsrlər boyu azərbaycanlılar Şuşada yaşayıb, qurub, yaradıb. Şuşa nəinki Azərbaycanın, bütün Qafqazın incisidir. Ancaq mənfur düşmən Şuşanı işğal altında saxlamaqla bizim mədəni irsimizə böyük zərbə vurdu, bizim tarixi abidələrimizi dağıtdı, bizim məscidlərimizi dağıtdı, təhqir etdi. Biz indi Şuşaya qayıtmışıq. Bütün tarixi abidələrimizi bərpa edəcəyik, bütün məscidləri bərpa edəcəyik".
Quruculuq, bərpa işlərinə başlanıldı. Nəzərdə tutulan işlər sırasında erməni qəsbkarlarının işğalı ilə Şuşada yarımçıq qalan mədəni tədbirlərin yenidən düzənlənməsi də var idi. Prezident İlham Əliyev çıxışlarında Şuşada yenidən "Xarıbülbül" festivalının, Vaqif Poeziya Günlərinin keçirilməsinin vacibliyini vurğulayırdı.
Dövlət başçısı İlham Əliyev 2021-ci il 7 may tarixli sərəncamı ilə Şuşa şəhərini ölkənin mədəniyyət paytaxtı elan etdi. Həmin il Şuşada keçirilən tədbirlər sırasında "Xarıbülbül" Musiqi Festivalı və Vaqif Poeziya Günləri xüsusilə yadda qaldı.
Pezident İlham Əliyevin sərəncamı ilə 2022-ci il respublikamızda "Şuşa ili" elan olundu. Bu münasibətlə ölkəmizdə, eləcə də mədəniyyət paytaxtımız Şuşada silsilə tədbirlər keçirildi. Unudulmaz tədbirlərdən biri də görkəmli müğənni, Azərbaycan vokal məktəbinin banisi, dahi Bülbülün anadan olmasının 125 illiyinə həsr olunan Vokalçıların Bülbül adına VIII Beynəlxalq müsabiqəsi oldu. Tədbirə Azərbaycan, Rusiya, İsrail, Türkiyə, Monqolustan, Özbəkistan, Ukrayna, Meksika, Qazaxıstan və digər ölkələrdən 100-ə yaxın ifaçı qatıldı.
2021-ci ildə "Xarıbülbül" festivalının açılış mərasimində dövlətimizin başçısı demişdi: "Biz bu gözəl ənənəni bərpa etdik və bundan sonra "Xarıbülbül" festivalı Şuşada hər il keçiriləcək". Ötən il də, bu il də həm "Xarıbülbül" Musiqi Festivalı, həm də Vaqif Poeziya Günləri yüksək səviyyədə təşkil edildi.
Bu il Şuşanın tarixinin ən əlamətdar illərindən biridir. Qarabağın baş tacı olan bu şəhər 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" seçilib. Bu münasibətlə Şuşada silsilə tədbirlər düzənlənib. Mayın 12-də Şuşa şəhərində "Şuşa - Türk dünyasının mədəniyyət paytaxtı - 2023" ilinin rəsmi açılış mərasimi keçirildi. "Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2022-ci il tarixli sərəncamına uyğun olaraq təşkil edilən tədbirdə dövlət rəsmiləri, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı - TÜRKSOY-a üzv ölkələrin nümayəndə heyətləri, Türk Əməkdaşlıq Təşkilatlarının rəhbərləri və digər qonaqlar iştirak etdilər.
Oktyabrın 13-də Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü və layihəsi ilə hazırlanan "Şuşa Türk dünyasının mədəniyyət paytaxtı" adlı 5 dildə (Azərbaycan, özbək, türk, ingilis və rus) ensiklopedik nəşrin və Şuşaya aid poçt markasının I Türk Dünyası Mədəniyyət Forumu çərçivəsində oktyabrın 13-də Şuşada təqdimatı keçirilib. Tədbirdə bildirilib ki, ensiklopedik-məlumat kitabının hazırlanmasında əsas məqsəd türk dünyasının mədəniyyət paytaxtı Şuşa şəhəri haqqında məlumatları müfəssəl şəkildə bir mənbədə toplamaq istəyi və zərurətidir. Nəşrdə təkcə Şuşanın keçmişi, işğaldan əvvəlki dövrü ilə bağlı deyil, onun azad olunmasından sonrakı dövrünə aid məlumatlara da yer verilib.
Şuşada bu günlərdə daha bir tədbir düzənlənib. Türk dünyasında ilk dəfə təşkil edilən I Beynəlxalq TÜRKSOY Teatr Festivalı çərçivəsində Şuşada TÜRKSOY-a üzv ölkələrin dövlət teatrları rəhbərləri şurasının 9-cu toplantısı keçirildi. 

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər xəbərlər