usd-1.7000 eur-1.9945 rub-2.1189
Bakı 6°C 14.83 m/s
Son xəbərlər
12-12-2025
10-12-2025
08-12-2025
07-12-2025
03-12-2025
28-11-2025

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Gəlmirsən, özün bil, mənimki keçdi... bir gün yalvarmağa tüstün gələcək... - Vahid Əziz

details

ƏDƏBİYYAT

23.04.2023, 16:08 Oxunub: 1159

1001info.az "Günün şeiri" rubrikasında xalq şairi  Vahid Əzizin yaradıcılığına yer ayırıb.

SƏNİN XATİRƏNƏ GÜLLƏR ƏKMİŞƏM...
 
Qışda da ətirli, yayda da tərdi -
sənin xatirənə güllər əkmişəm,
qəlbi daş olsan da, əzab çəkərdin,
bilsəydin dərdindən nələr çəkmişəm.
 
görmədin? - taleyim əllərindədir,
məndən gen dolaşır yaşıdlarım da,
görənlər anlamır səbəbi nədir,
sonbahar rəngi var gözyaşlarımda.
 
olsun ki, ölmərəm; yaşamaq eşqim
sənli məhəbbətə üstün gələcək.
gəlmirsən, özün bil, mənimki keçdi,
bir gün yalvarmağa tüstün gələcək.
 
saralır güllərin tər ləçəkləri,
yaşıl yarpaqların çöhrəsi solur,
deyəsən, sevərək dərd çəkənlərin
tapdığı bəlalar çarəsiz olur.
 
bəlkə də hər şeyin təqsiri məndə,
gərəksiz sevgimi özümə göndər,
qəlbimdə olanı açıb deyəndə,
demədim: "sözünü tilsimə döndər"
 
daha nə sən varsan, nə xatirələr,
çıxdım yol azdıran dumanlarımdan,
üzdəki şırımlar, saçdakı dənlər
qalar o ağılsız zamanlarımdan...

 

Digər xəbərlər