usd-1.7000 eur-1.8451 rub-0.0174
Bakı 16°C 13.4 m/s
Son xəbərlər
16-10-2024
14-10-2024
10-10-2024
25-09-2024
24-09-2024
23-09-2024
22-09-2024
17-09-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Havvaxanım Rüstəmovanın həbsi ilə bağlı - Rəsmi açıqlama

details

HADİSƏ

03.07.2024, 15:03 Oxunub: 715

Havvaxanım Rüstəmovanın həbsi ilə bağlı - Rəsmi açıqlama

Xəbər verdiyimiz kimi, “Moon Kids” Uşaq Bağçasının təsisçisi və direktoru cinayət məsuliyyətinə cəlb edilib.

1001info.az xəbər verir ki, məsələ ilə bağlı Baş Prokurorluq da məlumat yayıb.

Bildirilib ki, “Moon Kids” Məhdud Məsuliyyətli Cəmiyyətində yol verilən qanunsuzluqlarla bağlı Nizami rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə MMC-nin direktoru Rüstəmova Havvaxanım İmamət qızı Cinayət Məcəlləsinin 178.2.2, 178.2.3, 178.2.4 (qulluq mövqeyindən istifadə etməklə təkrarən və xeyli miqdarda dələduzluq) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələrilə təqsirli bilinib.

Onun barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir.

Qeyd edək ki, artıq xanım direktorun rəhbəri olduğu “Moon Kids” Uşaq Bağçası da fəaliyyətini dayandırılıb. Bağçanın bütün sosial şəbəkələrdəki hesabları silinib.

Digər xəbərlər