ŞƏHİDLƏR -Qazilər
Burdan bir atlı keçdi...
Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...
DÜNYA ƏDƏBİYYATDAN
16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Həyat eleksiri - Cücərdilmiş buğda
MARAQLI
06.09.2022, 21:11 Oxunub: 2705Cücərdilmiş buğdanın şəfaverici gücü. Hər gün yeyin!
Cücərdilmiş buğda çox qiymətli qidalı məhsuldur. Bir çox ölkələrdə cücərdilmiş buğda supermarketlərdə və ya xüsusi dükanlarda "müalicəvi qida" qeydi ilə satılır.
Cücərdilmiş buğdanın tərkibi adi buğda ilə müqayisədə qat-qat zəngindir.
Belə ki, cücərdilmiş buğda omeqa-3 yağlı turşularla zəngindir. 1001info.az xəbər verir ki, bu həyati vacib maddələr insan orqanimində sintez olunmur və orqanizmə daim qida ilə daxil olunmalıdır. Omeqa-3 xolesterinin səviyyəsini şağı salır, infarkt və insultin riskini azaldır. Yalnız 1 çay qaşığı cücərdilmiş buğdada omeqa-3 yağlı turşusunun günlük dozası var.
Bundan əlavə cücərdilmiş buğda B qrupu vitaminlərlə zəngindir. Bu vitaminlər orqanizmdə bir çox proseslərdə iştirak edir - beyinin fəaliyyətini stimullaşdırır, stressi və həyacanı azaldır, depressiya zamanı kömək edir, metabolizmi sürətləndirir, qırmızı qan hüceyrələrinin sintezində iştirak edir.
Cücərdilmiş buğda E vitamininin miqdarına görə lider sayılır. Bu vitamin dərinin və reproduktiv sisteminin sağlamlığı üçün olduqca vacibdir. Ən güclü antioksidantlardan biri olan E vitamini orqanizmdə qocalma proseslərini ləngidir, bir çox xəstəliklərin (o cümlədən, ürək-damar sistemi və xərçəng xəstəliklərinin) riskini azaldır.
Cücərmiş buğda hələ qədim dövrdən təbiblərin maraq göstərdiyi qida olub. Cücərmiş buğdanı qida kimi qəbul etmək üzərində aparılmış 20 illik tədqiqatların nəticəsində məlum olub ki, bu, həyat və sağlamlıq eliksiridir.
Müntəzəm qəbul etdikdə maddələr mübadiləsi, həzm yaxşılaşır, sinir sistemi qaydaya düşür. İnsanın dişləri, dırnaqları möhkəmlənir, saçları çoxalır, dərisi yaxşılaşır, cavanlaşır, görməsi itiləşir.
Hazırlanması:
50 qram buğda bir neçə dəfə yuyulub suyu süzülür, sonra tənzifin arasına yayılıb üzəri tənziflə bağlanıb cücərməyə qoyulur. 1-2 sutka ərzində bir az cücərən kimi istifadəyə hazır olur.
Əgər buğda cücərərkən pis qoxu gəlirsə, onu istifadə etməyin, deməli yaxşı toxum deyil. Cücərmiş buğdanı qurudub un halına salıb kökə bişirərək, südə, qatığa, salatlara əlavə etmək olar.
Digər xəbərlər