ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Meksikanın sərt içkisi olan Tekila

MARAQLI
05.06.2022, 16:17 Oxunub: 32491001info.az Meksikanın sərt içkisi olan Tekila haqqında maraqlı məlumatları təqdim edir.
Tekila aqava bitkisinin qıcqırdılması yolu ilə əldə edilən alkohollu içkidir. Tekila 55* sərtlikdə olur. Ona su əlavə edərək 38*- ə qədər durulaşdırılaraq da içilir.
Tekila istehsalına görə dünyada birinci yeri Meksika tutur. Bu ölkədə tekilanın istehsalına dövlət səviyyəsində nəzarət edilir.
Saxlama müddətindən asılı olaraq tekila müxtəlif növlərdə olur.
* joven – saxlanılmamış tekila
* blanka və ya plata – 2 aydan az müddətdə saxlanılan tekila
* reposado – 10-12 ay müddətində saxlanılan tekila
* anejo – 1-3 il müddətində saxlanılan tekila
* extra anejo - 3 il və daha çox saxlanılan tekila
Tekiladan 3 şəkildə istifadə edilir.
1. təmiz tekila – üzərinə az miqdarda duz şəpilir və limon dilimi qoyulur, tekila içdikdən sonra limon yeyilir
2. tekila-bum – üzərinə qazlı su əlavə edilmiş tekila
3. tekila kokteyli – bu “ Marqarita”, “ Tekila-Canrayz” və “ Meksikan Erş”adı altında tanınan tekiladır.
Tekilanın faydalı xüsusiyyətləri
Aqavadan hazırlanmış tekilanın müalicəvi xüsusiyyətləri var. Ən keyfiyyətli və faydalı tekila isə ən azı 3 il müddətində saxlanılan tekila hesab edilir. Ondan az miqdarda(50 ml) istifadə etmək qanı təmizləyir, mədə fəaliyyətini yaxşılaşdırır, qara ciyər və bağırsaqlara antiseptik təsir göstərir. Meksika alimləri az miqdarda tekila içməyin orqanizmdə onkoloji xəstəliklərin qarşısını aldığını söyləyirlər. Az miqdarda tekila mədə və onikibarmağın iltihabi xəstəliklərinin sağalmasını sürətləndirir, bağırsaq mikroblarını öldürür. Az miqdarda tekila ilə ağız boşluğunu yaxalamaq ağız yaralarının sağalmasını sürətləndirir. Radikulitlər və revmatizma zamanı tekilka ilə kompres qoymaq ağrıların azalmasına səbəb olur. Bu zaman pambıq parça isidilmiş tekilaya batırılır və ağrayan nahiyəyə qoyularaq polietilen və isti dəsmalla sarınır.
