usd-1.7000 eur-1.8227 rub-0.0185
Bakı 19°C 3 m/s
Son xəbərlər
25-04-2024
24-04-2024
23-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Minaxanım Təkləlinin "Türkoloji etüdlər" kitabının təqdimatı olub

details

ƏDƏBİYYAT

13.04.2023, 14:29 Oxunub: 1112

Yazıçılar Birliyində "Türkoloji etüdlər" kitabının təqdimatı olub.

Aprelin 11-də Azərbaycan Yazıçılar Birliyinin (AYB) Natəvan klubunda, görkəmli türkoloq, professor Minaxanım Təkləlinin "Türkoloji etüdlər" kitabının təqdimatı olub.
1001info.az AZƏRTAC-a istinadən xəbər verir ki, əvvəlcə türkoloq, Əməkdar elm xadimi Tofiq Məlikli təqdim olunan kitab haqqında məlumat verib.
Bildirib ki, “Türkoloji etüdlər” kitabı türkologiya üçün çox dəyərli nəşrdir: “Mən türkoloq olduğum üçün elə bu istiqamət üzrə bu kitabı dəyərləndirirəm. Dilçilik baxımından da bu kitab çox dəyərlidir. Kitab müxtəlif illərdə yayılmış məqalələrin toplusudur. Filologiya elmləri doktoru professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü, çoxsaylı elmi və publisistik məqalələrin müəllifi Minəxanım Təkləli ümumtürk mədəni irsinin araşdırılıb öyrənilməsi, ortaq tariximizin qəsdən təhrif edilmiş şərəfli səhifələrini yenidən bərpa etmək, türk dillərinin tarixi, bu günü ilə bağlı problemləri və uğurları, nəhayət qədim türklərin dünya mədəniyyətindəki mövqeyini aşkarlamaq istiqamətində araşdırmalar aparır. Elmi axtarışlarla bərabər, bədii yaradıcılıqla da məşğul olur, türk dünyası əfsanələrini yazıya alır, böyük şəxsiyyətlərin həyatından portret yazılar yazır. O, həmçinin Özbəkistanda, Moskvada, İranda, Türkiyədə keçirilən türkoloji və şərqşünaslıq məsələlərinə dair konfranslarda iştirak edir. Minaxanım Təkləlinin "Mərkəzi Rusiyanın türk coğrafiyası", "Türk əsilli ruslar", "Yaddaş", "Azad və tənha adamlar'", "Türk sözləri rus dilində" və s. kitablarını da sadalamaq olar. Bu mövzuda kitablar çoxdur. Amma M.Təkləlinin kitabları öz unikallığı ilə seçilir. Bu kitab türkologiya elmi üçün bir töhfədir".
Müəllif kitabdan bəhs edərək tədbir iştirakçılarına təşəkkürünü bildirib. O, kitabının necə ərsəyə gəlməsindən və nədən bəhs etdiyindən danışıb. Bildirib ki, araşdırmalarının əsasını bir çox rus sözlərinin, dövlətçilik ənənələrinin, dövlət atributları və simvollarının türkcədən gəlməsi, türk köklü olması təşkil edir.
Yazıçı-publisist, filologiya üzrə fəlsəfə doktoru Şəfəq Nasir belə tədbirlərin keçirilməsinin təqdirəlayiq olduğunu vurğulayıb: "İnsanda üstün insani keyfiyyətlərin olması kökdən qaynaqlanır. Minaxanımda da bu keyfiyyətlər təbii kökdən yaranıb. Bu keyfiyyətlərlə yanaşı, onda türkçülük sevdası da var. Çox gözəl xəzinə olan bu kitablar birdən-birə yaranmayıb. Gənclik dövründən Minaxanımın düşüncəsində yol gəlib. Çox gözəl bir haldır ki, bizdə belə gözəl tədqiqatçılar var. O, türkçülüklə bağlı bu işləri ilə təkcə Azərbaycana deyil, türk dünyasına, türkçülüyə töhfə vermiş olur. Onun bu istiqamətdə olan bütün işləri təqdirəlayiqdir".
Yazıçı-publisist, Əməkdar jurnalist Fazil Güney Minaxanım Təkləlinin bu araşdırmalarının təqdirəlayiq olduğunu qeyd edib.
Tədbirdə çıxış edən digər natiqlər də kitab haqqında öz fikirlərini bölüşüblər.

 

Digər xəbərlər