usd-1.7000 eur-1.9400 rub-2.1438
Bakı 27°C 3 m/s
Son xəbərlər
05-06-2025
04-06-2025
03-06-2025
02-06-2025
23-05-2025
22-05-2025

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Ölsəm, bir gün gəl qəbrimin üstünə... Bircə dəstə bənövşə qoy, bəsimdir... - GÜNÜN ŞEİRİ

details

ƏDƏBİYYAT

31.05.2022, 21:11 Oxunub: 6041

1001info.az  "Günün şeiri" rubrikasında Azərbaycanın ilk qadın Xalq şairi  Mirvarid Dilbazinin  "İstəsəydim" şeirini təqdim edir:

      İSTƏSƏYDİM 

İstəsəydim səni səndən alardım,
Gözəlləri öz taxtından salardım.
Ürəyimi ürəyinə calardım,
Sən yanardın, mən baxardım tüstünə.

Ulduz olub öz zirvəmdən enərdim,
Dövrəndəki mələkləri yönərdim.
Al laləyə, qərənfilə dönərdim,
Səpilərdim yollarının üstünə.

İstəsəydim vüsalına yetərdim,
Mən gül olub ürəyində bitərdim,
Orda bülbül fəryadıyla ötərdim,
Mən yanardım, sən baxardın tüstümə.

Ölsəm, bir gün gəl qəbrimin üstünə,
Bircə dəstə bənövşə qoy, bəsimdir.
Baş üstündə bir qaranquş ötəcək,
O da sənə minnətdarlıq səsimdir .

 

Digər xəbərlər