ŞƏHİDLƏR -Qazilər

Qəhrəmanlar unudulmur ... Tarix müəllimi Rəvan Lətifov
Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda çarpışan, qorxu nə olduğunu bilməyən, Vətən ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
"Sağlam düşüncəli və adekvat insanları təkcə sevmirəm, sizə heyranam" - məşhur reperdən açıqlama

ŞOU
20.04.2023, 16:09 Oxunub: 412“Ukraynalılar mənimlə hamilə xanımımın təxliyəsinə kömək etdilər”
Xəbər verdiyimiz kimi, Dövlət Dumasının deputatı Yana Lantratova Rusiya Baş Prokurorluğuna müraciət edərək azərbaycanəsilli qazaxıstanlı reper Jah Khalibin (Bəxtiyar Məmmədov) bu yaxınlarda Moskva və Sankt-Peterburqda keçirilməsi planlaşdırılan konsertlərinin ləğvini xahiş edib.
O, Jah Khalibi Ukrayna Silahlı Qüvvələrini açıq şəkildə dəstəkləməkdə ittiham edib. Bunun ardından ifaçının Moskva və Sankt-Peterburqda baş tutmalı olan konserti ləğv olunub.
“Qafqazinfo”nun məlumatına görə, bir neçə gündür məsələni şərh etməyən Jah Khalib nəhayət səssizliyi pozub.
O, instaqram “hekayəsi”ndə bunları qeyd edib: “Bu minnətdarlıq “hekayəsi” çətin anda öz təhlükəsizliyi barədə düşünmədən mənə və hamiləliyinin səkkizinci ayında olan həyat yoldaşıma bomba sığınacağından təxliyə olunmaqda və problemsiz Qazaxıstana çatmağımıza kömək edən Ukraynanın sadə insanlarınadır. Nəticədə, Allaha şükür, tamamilə sağlam qızım doğuldu. Artıq bir ildir onunla mənə doğma olan Almatı şəhərində yaşayırıq”.
Jah Khalib bildirib ki, komandasının, demək olar, bütün üzvləri Rusiya vətəndaşıdır və orada yaşayırlar: “Dinləyicilərimin çoxu elə bu ölkədə yaşayır. Mən Rusiyaya hər zaman xoş niyyətlə gəlirəm, məmnuniyyətlə konsertlər verirəm, bu da mənim Rusiyadakı bütün xalqlara olan yaxşı münasibətimi nümayiş etdirir”.
O, açıqlamasını bu sözlərlə bitirib: “Bu yalana inanmayan bütün sağlam düşüncəli və adekvat insanları təkcə sevmirəm, sizə heyranam”.
Qeyd edək ki, Jah Khalibin həyat yoldaşı İslamı qəbul etmiş ukrayanalı xanımdır. Сütlüyün bir qız övladı var.
