usd-1.7000 eur-1.8451 rub-0.0174
Bakı 16°C 13.4 m/s
Son xəbərlər
16-10-2024
14-10-2024
10-10-2024
25-09-2024
24-09-2024
23-09-2024
22-09-2024
17-09-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Şərəfli və mənalı, hamıya örnək olan bir ömür yaşayan Adil Əliyevin doğum günüdür

details

CƏMİYYƏT

25.09.2024, 14:45 Oxunub: 1000

Bu gün  Suraxanı rayon icra hakimiyyətinin başcısı Adil Əliyevin doğum günüdür.

Həyatda elə insanlar var ki, onlardan  hər zaman sevgi və heyranlıqla, minnətdarlıq və fərəh hissi ilə söhbət açılır. Bu cür nəcib insanlardan biri də bu gün doğum gününü qeyd edən  Adil Əliyevdir. 

Hər bir kəsin taleyinə yazılanlar içərisində bir yazı da var. Bu ali insanlıq zirvəsinə çatmaq yazısıdır. Amma bu zirvəyə qalxmaq və ona nəhayət ki, çatmaq hamıya müyəssər olmur. Adil Əliyev bu zirvəyə çatan insanlardandır.Bütün həyatı boyu bayrağını sevən və hər an dövləti üçün heç bir təmənna güdmədən canını verən şəxsdir.

 Xatırladaq ki, Adil Əliyev 1969-cu il sentyabrın 25-də Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Maxta kəndində anadan olub. 1987-ci ildə Bakı idman təmayüllü internat məktəbini bitirib. 

1992-ci ildə Rusiya Federasiyasının Sankt-Peterburq şəhərindəki M. V. Frunze adına Ali Hərbi Dənizçilik Akademiyasını bitirib.

1998-ci ildə Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.

2000-ci ildən Azərbaycan Kikboksinq Federasiyasının prezidentidir.

2004-cü ildə Bakı Dövlət Universitetinin magistraturasını, 2010-cu ildə BDU-nun aspiranturasını bitirib.

2009-cu ildə Kikboksinq üzrə veteranlar arası dünya çempionu olub.

2012-ci ildə çap olunmuş "Erməni soyqırımı: mif və gerçəklik" adlı kitabın ingiliscədən Azərbaycan və rus dilinə tərcüməsinin ideya müəllifi olmuşdur.

2012-ci ildə "Kütləvi iğtişaş əməlləri ilə mübarizənin cinayət-hüquqi və kriminoloji problemləri" adlı monoqrafiyası işıq üzü görmüşdür. Monoqrafiya kütləvi iğtişaş əməlləri və kriminoloji problemlərin tədqiqinə həsr edilmişdir. 9 aprel 2013-cü ildə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

Adil Əliyev Azərbaycan Respublikası Milli Məclisinin III, IV, V və VI çağırış deputatı, Milli Məclisin sədr müavini (2020) olub.


Adil Əliyev Suraxanı rayonu icra başçısı olaraq fəaliyyətini davam edir.


1001info.az  hər zaman şəhid ailələri və qazilərin yanında olan şərəfli və mənalı, hamıya örnək olan bir ömür yaşayan Adil Əliyevi təbrik edir və ona fəaliyyətində uğurlar, can sağlığı arzu edir. 

Digər xəbərlər