usd-1.7000 eur-1.8905 rub-0.0186
Bakı 19°C 3.58 m/s
Son xəbərlər
17-09-2024
16-09-2024
15-09-2024
08-09-2024
04-09-2024
30-08-2024
29-08-2024
21-08-2024

ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir.  1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Tanınmış telejurnalist Rüfət Həmzəyevin doğum günüdür

details

CƏMİYYƏT

15.09.2024, 14:37 Oxunub: 585

Bu gün tanınmış telejurnalist Rüfət Həmzəyevin doğum günüdür.

Xatırladaq ki, Rüfət Zeynalabdin oğlu Həmzəyev 15 sentyabr 1986-cı ildə Bakı şəhərində anadan olub.
İngilis təmayüllü 7 saylı orta məktəbi bitirib. 2004-2008-ci illərdə Bakı Dövlət Universitetinin bakalavr, hərbi xidməti bitirdikdən sonra - 2009-2011-ci illərdə həmin təhsil ocağının magistr pilləsində təhsil alıb. 2017/2018-ci tədris ilində Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə məşğul olub. 2019-cu ildən Prezident yanında Dövlət İdarəçilik Akademiyasının beynəlxalq münasibətlər ixtisası üzrə təhsilini davam etdirir.

2009-cu ildən müxtəlif media orqanlarında fəaliyyət göstərib. 2010-cu ildə müsabiqə yolu ilə seçilərək AzTV-də fəaliyyətə başlayıb. 2012-2015-ci illərdə AzTV-nin İctimai-siyasi proqramlar redaksiyasının Baş redaktoru vəzifəsini icra edib. 2019-cu ilin aprelindən isə “Xəbərlər” İnformasiya Proqramları Studiyasının direktoru vəzifəsində çalışıb. Televiziya fəaliyyəti müddətində dünyanın siyasi və dini liderlərindən, ictimai xadimlərindən eksklüziv müsahibələrin alınması (Gürcüstan prezidenti S.Zurabişvili, OPEC-in baş katibi M.Barkindo, Moskva və bütün Rusiya Patriarxı Kirill və b.), ictimai-siyasi əhəmiyyətli hadisələrin episentrindən reportajların hazırlanması (“Aprel zəfəri”, “Günnüt əməliyyatı”, IV İslam Həmrəyliyi Oyunları, “Formula 1” yarışları və s.) ilə yadda qalıb. “Bəşəri çağırış” (2017), “Sənaye: tarixi ənənələr yeni reallıqda” (2014), “Xalqın partiyası. YAP” (2019) və digər sənədli filmlərin müəllifidir. “Günün nəbzi” analitik-informasiya verilişinin aparıcısı olub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 24 fevral 2020-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də sədr müavini təyin edilib.
Rüfət Həmzəyev hal-hazırda ingilis dilli telekanala rəhbərlik edir.

İngilis, rus, ərəb dillərini bilir.

1001info.az tanınmış telejurnalist Rüfət Həmzəyevi doğum günü münasibətilə təbrik edir, yeni-yeni uğurlar arzu edir. 
 

 

Digər xəbərlər