usd-1.7000 eur-1.8205 rub-0.0184
Bakı 16°C 3.42 m/s
Son xəbərlər
25-04-2024
24-04-2024
23-04-2024
22-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

“Aidan.doc” adlı sənədli serial təqdim olunub

details

MƏDƏNİYYƏT

22.02.2023, 11:42 Oxunub: 2257

Rusiyanın Əməkdar incəsənət xadimi, rəssam və heykəltaraş Aydan Salahova haqqında lentə alınan “Aidan.doc” adlı sənədli serial təqdim olunub.


“StarHit”   xəbər verir ki, ekran işində sənətkarın yaradıcılığı və şəxsi həyatından danışılıb.
O, ikinci həyat yoldaşı ilə aralarında 24 il yaş fərqi olduğunu bildirib: “Qrişa (Aydanın hazırkı həyat yoldaşı Qriqori Reçan – red.) ilə tanış olanda 48 yaşım var idi. Onun isə 32-34 yaşı olduğunu düşünürdüm. Sonra məlum oldu ki, onun 24 yaşı var. İnsanların nə düşündüyü məni maraqlandırmır”.
Rəssam xərçənglə mübarizədə qarşılaşdığı çətinlikləri danışıb: “Xərçəngə qalib gələcəyimə şübhəm yox idi. Ancaq üç ay ərzində hiss etdiyim yan təsirlərə və şiddətli ağrılara hazır deyildim. Dostlarıma stomanı çıxartdığımı deyəndə onlar dəhşətə gəldilər. Rusiyada bu barədə danışmaq normal deyil. Ağrılar içində işləməyə davam edirdim. Eyni zamanda, xəstəlik mənə “yox” deməyi öyrətdi. Cəmiyyətə, ünsiyyətə “yox” deməkdə çətinlik çəkirdim. Çox mülayim biriyəm və insanları sevirəm. Bu, şərq təhsilidir. Ən pisi isə odur ki, hamının sənə yazığı gəlib “döz” deməsidir”.
Qeyd edək ki, A. Salahovanın birinci həyat yoldaşı rəssam Qor Çahal olub. Onların bu nikahdan Kayın adlı oğlu var. A. Salahova boşandıqdan sonra rəssam Sergey Şutovıy və qalereyaçı İrakli Purtsxvanidze ilə münasibətdə olub. Bir neçə il sonra o, Qriqori Reçanla görüşməyə başlayıb, daha sonra ona ərə gedib. A. Salahova şəxsi həyatını ictimailəşdirməməyə çalışır.
A. Salahova mərhum Xalq rəssamı Tahir Salahovun qızıdır. 

Digər xəbərlər