ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Ana, Şəhidlik Tanrı mükafatıymış... - Sona Vəliyevanın şeiri

ƏDƏBİYYAT, ŞƏHİDLƏR -Qazilər
14.09.2022, 15:20 Oxunub: 41991001info.az Sona Vəliyevanın şəhidlərimizin ruhuna ağı kimi səslənən, həssas duyğularla qələmə aldığı şeirini təqdim edir.
Allahın yanındayam, Ana
Salam, Ana!
Nigaran qalma məndən,
Allaha əmanət etdiyindən,
Allahın yanındayam...
Üfüq ağappaq,
Günəş süd rəngindədir,
burda...
Şəfəqləri əllərin yerinə
yaramı oxşadıqca sağalmışam.
Evim çiçəklərdən,
Libasım dualardan tikilib.
Yurdun dağlarına
Sancıb gəldiyim
bayraq dalğalandıqca
çiçək evimə rahatlıq gətirir...
Ana, Şəhidlik
Tanrı mükafatıymış,
çoxu sənin payına düşmüş.
Sən öyrətdiyin yol
bura gətirdi məni.
"Cənnət anaların ayağı altda" deyincə,
ayaqlarına əyilib yığdığım öyüdlərdən
mələklər başıma tac qoyublar, indi...
Ana demə, sənə bir gəlin gətirmədim,
Mən zümrüd gözlü,
Qara telli Qarabağı sevdiyimdən,
Könlümdə heç bir qıza yer vermədim.
Leyladan başqa,
Məcnunun kimsəni
Sevə bilmədiyi kimi...
Allahın yanındayam, Ana!
Dualarımın qanadları var burda...
Bir ağız duam yetişincə,
Bir damla qanım tökülən torpaqdan,
çinar boylu,
dəli-dolu, Vətən sevdalı,
min-min oğul göyərəcək.
Allahın yanındayam, Ana!
Vətən üçün döyüş
Tanrıdan buyruqmuş,
Haqq yolunda cihadmış,
Vətən qurban diləyəndə
Demə, Allah ən çox sevdiyini
çağırarmış...
Dostlarım Şuşaya bayrağı,
Adımı anıb sancdığı gün
Adım Vətən olacaq!
Cənnətdən, ağappaq
Üfüqlü məkandan,
Üçrəngli bayraqlı elimə,
sənə yazıram,
Nigaran qalma, Ana!
Allahın yanındayam!

Digər xəbərlər

