ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Apteklərdə 1-2 manata satılan XLOROFİLLİPT - FAYDALI

MARAQLI
12.09.2022, 12:51 Oxunub: 33341000 dərdə dərman – Apteklərdə 1-2 manata satılan XLOROFİLLİPT
Faydalı məlumat
Bəzi köhnə və ucuz dərmanlar var ki, onlar bir çox bahalı müasir preparatlardan heç də geri qalmır. Belə preparatlardan biri xlorofilliptdir.
Apteklərdə 1-2 manata satılan bu təbii antibiotikin tərkibində bitkilərin piqmenti olan xlorofill və evkalipt yarpaqlarının ekstraktı daxildir.
Saglamolun.az bildirir ki, xlorofillipt mikrob və iltihab əleyhinə təsir edir. Bu preparat müxtəlif məqsədlərlə istifadə olunur:
- Boğaz ağrısı, angina, faringit zamanı 1 x.q. xlorofillipt (spirtli məhlul) 1 stəkan suda həll olunur və gündə 3 dəfə qarqara üçün istifadə olunur.
- Burun tutulması zamanı xlorofilliptin yağlı məhlulunda pambıq isladın və burun deşiklərinə qoyub 10-15 dəqiqə saxlayın. Bu bunun nəfəsalmasını asanlaşdırır, mikrobları öldürür.
- Üzdə sızanaqlar varsa, onların üzərinə xlorofilliptin spirtli məhlulunu çəkin.
- Dodaqlarda herpes zamanı da xlorofilliptin spirtli məhlulunundan istifadə yaxşı effekt verir.
- Dəridə sıyrıntılar, kəsiklər zamanı yenə də xlorofilliptin spirtli məhlulu köməyimizə çatacaq.
- Dabanlarda çatlar bir çox insanların problemidir. Axşam yatmazdan qabaq ayaqlarınızı yaxşı yuyun, artıq dərini ehtiyatla daban daşı ilə təmizləyin, dabanlara xlorofilliptin yağlı məhlulunda isladılmış kompres qoyun, bintlə bərkidin, corab geyinin. Səhər kompresi çıxardın. Bunu 5-7 gün ərzində edin.
- Pis ayaq qoxusunu yox etmək üçün hər axşam ayaq vannasına 2 x.q. xlorofilliptin spirtli məhlulu və 1 x.q. soda əlavə edin.
- Həddindən artıq tərləmədən əziyyət çəkirsinizsə, yarım stəkan suya 2 x.q. xlorofilliptin spirtli məhlulu və 1 x.q. soda əlavə edib yaxşı qarışdırın. Alınmış qarışığı ən çox tərləyən nahiyələrə çəkin. Bunu səhər və axşam edin.
- Ayaqlarda göbələk zamanı spirtli məhlulla ayaq vannaları edin.
Saglamolun.Az
