usd-1.7000 eur-1.8082 rub-0.0181
Bakı 21°C 1.8 m/s
Son xəbərlər
18-04-2024
16-04-2024
09-04-2024
07-04-2024
05-04-2024

ŞƏHİDLƏR -Qazilər

Burdan bir atlı keçdi...

Mən bir igid tanıyıram. Uşaqlığı şahə qalxan at belində keçən, qorxmaz, cəsur, hələ kiçik məktəb yaşlarında olanda Şiraslan əmisinin evi yananda evin damına dırmaşıb alovlanan bacaya su töküb ...

DÜNYA ƏDƏBİYYATDAN

  16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı  Sidoni Qabriel Kolett

    1001info.az Kulis.az -a istinadla  “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...

İDMAN

MARAQLI

Ayrıseçkilik edib qadınlara haqq qazandırmayaq

details

ŞOU

26.12.2022, 17:48 Oxunub: 1647

 

"Mənə həmişə deyirlər ki, kişilərin tərəfini saxlayıram. İnsan kimi yanaşanda görürəm ki, onların da missiyası ağırdır. Ayrıseçkilik edib qadınlara haqq qazandırmayaq. Özü də indiki qadınlar var ha, məndə onlara qarşı allergiya var".
1001info.az  axşam.az-a istinadən xəbər verir ki, bu sözləri Əməkdar artist Gülşad Baxşıyeva "Düzünə qalsa" proqramında deyib. Aktrisa qadınlarla bağlı qalmaqallı sözlər deyib:
"Çox tələbkar olurlar, çünki rahatlıqda yaşayırlar. Evin içində, başına su döymür. Bilmir pul necə qazanılır. Ürəyi istəyəndə çay içir, televizora baxır. Deyir, uşaq mənə əziyyət verməsin. Hamı bu yolu keçib. İndiki gəlinlər hazır evə gedirlər. Deyir, mən istəyirəm həyat yaşayım, ərim məni təmin eləsin. Mənə elə gəlir ki, onlarda zehni baxımdan gerilik var. Gərək kişi gedib oğurluq etsin? Onda sən də başsız qalacaqsan da. Əziyyətsiz bir həyat yaşamaq istəyirlər. Bütün günü salonlarda olmaq və sair... Guya, bu qadın yaşamaq istəyir, amma o kişi yox".
G.Baxşıyeva eyni zamanda həyat yoldaşının ona xəyanət etməsindən danışıb:
"Mənim üçün elə şeylər var ki, onlar yox olmadı. Qətiyyən uduzduğumu sanmadım. Guya, mən uduzdum, kimsə qazandı? Əsla! O qazanan adam məndən milyon qat itirdi. Bunu zamanla başa düşdüm. O insanı mənim qədər tanıyan ikinci adam olmayıb. Çox başıaşağı, işini, sənətini bilən savadlı insan olub. Yəqin ki, hansısa tərəfdən bir boşluğu olub, zəif yerindən vurub istifadə ediblər. O mənim sanki böyük oğlum idi, 3-cü uşağım kimi, həm də ən şıltağı... Amma heç vaxt üzr istəmədi, əlaqə tamamilə kəsildi. Mən heç o məhəllədən də keçmirdim. Amma peşman olmuşdu, yoldaşları mənə mesaj göndərirdilər, bəlkə qayıdıb gəlsə... Bağışlayardım. Su da axarını dəyişir. O insan öz ağlı ilə getməmişdi. Xəyanət, çətin hissdir, həzm olunası bir şey deyil. Qəbuledilməzdir. Mən də ona görə qəbul etmədim. Qapıdan da qovmazdım. Gəlib, uşaqlarına baxardı vəssalam. O mənim uşaqlarımın atası idi, kimsənin deyil".


 

Digər xəbərlər