ŞƏHİDLƏR -Qazilər

İstiqlal günü doğulan Şəhid Sabir Səmədov - Vüqar Əsgər yazır
İstiqlal günü doğulan Şəhid Sabir Səmədov Bu gun 28 may Dünya Azərbaycanlıları üçün ən önəmli günlərdən biridir. 1918-ci ilin bu günü Şərqdə ilk Demokratik Respublika ...
DÜNYA ƏDƏBİYYATDAN

16 yaşlı oğulluğu ilə eşq yaşayan yazıçı Sidoni Qabriel Kolett
1001info.az Kulis.az -a istinadla “Həyatı film olanlar” layihəsində fransız yazıçısı, Qonkur Akademyasının üzvü Sidoni Qabriel Kolett haqda “Kolett” bədii filmini ...
İDMAN
MARAQLI
Azərbaycanın dünya miqyasında bu sanbalda tanınan ikinci bir yazıçısı varmı?.. - Hüseynbala MİRƏLƏMOV

ƏDƏBİYYAT
23.11.2023, 13:32 Oxunub: 3241Bir müddət əvvəl ATV-də yayımlanan “Xəbərin olsun” verilişinin aparıcısı Kubra Məhərrəmova Çingiz Abdullayevin əsərlərini “zir-zibil” adlandırıb. Bunun ardından AYB bəyanat yayıb. Bəyanatda qeyd olunub ki, telekanal bununla bağlı açıqlama verməli və aparıcı cəzalandırılmalıdır.
Ölkənin tanınmış ziyalıları, ədəbiyyat adamları da bu məsləyə biganə qalmayıblar.
1001info.az saytına açıqlamasında yazıçı-dramaturq Hüseynbala Mirələmov hadisəyə münasibət bildirib:
Əvvəla, deyim ki, Çingiz Abdullayevin əsərləri onlarla xarici dilə çevrilib və nəinki MDB məkanında, ABŞ, Bolqarıstan, Rumıniya, İsrail, Fransa, İsveç, Norveç, Türkiyə kimi ölkələrdə milyonlarla nüsxə satılır. Onun kitabları əsasında Rusiyada - "Dronqo" və "Lisenziyasız detektiv" serialları, Azərbaycanda isə "Məhkumların cənnəti", "Tərsinə çevrilmiş dünya" və "Xeyir və Şərin rəqsi" filmləri çəkilib.
Sual verirəm - Azərbaycanın dünya miqyasında bu sanbalda tanınan və əsərləri milyonlarla nüsxədə satılan ikinci bir yazıçısı varmı?
İkinci sualım – dünya şöhrətli yazıçınının əsələrini “zir-zibil” adlandıran aparıcı Çingiz Abdullayevin bu vətənə verdiyi mənəvi faydanın milyonda biri qədər xidmət göstəribmi?
Bir çox xaric ölkələrdə kitab mağazalarında Çingiz Abdullayevin kitablarını almaq üçün növbəyə dayanan oxucuların sayı kifayət qədərdir. Bəzi qaragüruhlar hələ də dərk edə bilmirlər ki, Çingiz Abdullayev imzalı dəyərli sənət əsərləri xarici ölkələrdəki kitab rəflərində məhz Azərbaycan yazıçısının mənəvi ünvanı olaraq yer alır.
Hərdən düşünürük ki: niyə bəzən cəmiyyətin seçilmişlərinə, ziyalılarımıza, dövlət məmurlarına qarşı bu qədər kinliyik, amansızıq? Bəlkə bu, sovet repressiyasının ziyalılara, tanınmışlara və seçilmişlərə qarşı cəzalandırma, asma, kəsmə, güllələmə, sürgünə göndərmə kampaniyalarının şüurumuzda kök salmış qalıqlarıdır?..!
Bir daha deyirəm Çingiz Abdullayev Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri ilə bir sırada dayanır və bunu görməmək sadəcə riyakarlıqdır. Gəlin dəyərlərimizə sahib çıxaq.

Digər xəbərlər

